Digital Solutions xəritədə

Digital Solutions

Bakı, Yasamal rayonu, Vidadi küçəsi, 68 AZ1009 *** 0 səs

Digital Solutions haqqında

“Digital Solutions” MMC – Azərbaycanda informasiya texnologiyaları sahəsində istənilən miqyaslı informasiya sistemlərinin layihələndirilməsi, tətbiqi, zəmanəti və servis xidmətlərinin göstərilməsi üzrə kompleks məsələləri əhatə edən aparıcı İT Şirkətidir. Şirkət informasiya texnologiyaları sahəsində işləyən milli müəssisələrin reytinqində qabaqcıl mövqelərdən birini tutur. Digital Solutions layihələndirmədən tutmuş obyektin istismara verilməsinə və sonrakı servis mərhələsinə qədər tam əhatəli layihə işlərinin yerinə yetirilməsi üçün şəxsi resurslara malikdir.

Digital Solutions öz layihələrində aparıcı dünya istehsalçılarının həm innovasiyalı, həm də ənənəvi məhsul və texnologiyalarından istifadə edir. Şirkət mühəndis sistemləri və informasiya-kommunikasiya texnologiyaları sahəsində “HP”, “Microsoft”, “Oracle”, VMware”, “Juniper Network”, “Mikrotik” və s. bu kimi texnoloji liderlərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinə malikdir.

İT Şirkəti Digital Solutions

Digital Solutions-un bütün layihələri standartlara və keyfiyyət meyarlarına cavab verməklə yanaşı sifarişçinin tapşırıq və tələblərinə müvafiq şəkildə işlənib hazırlanır. Şirkətin komandası – yüksək peşəkarlı mühəndislərdən, proqramist və menecerlərdən ibarət olan bir kollektivdir. Digital Solutions-un üstünlüyü kompleks layihələrin bütün mərhələlərdə vahid əməkdaş vasitəsi ilə reallaşdırılmasına imkan verən geniş spektrli texniki üstünlüklərə malik olmasındadır. Menecment sistemi İSO 9001:2008 beynəlxalq standartlarına müvafiq olan idarəetmə sisteminə inteqrasiya olunmuşdur, həmçinin İSO 14001, 18001 standartlarının bütün tələblərinə cavab verir.

Bizim əsas fəaliyyət istiqamətlərimiz:

  • İnformasiya sistemlərinə (İT –autsorsinq) xidmət;
  • Serverlər və server layihələrinin tətbiq olunması;
  • İnfrostruktur layihələr: korporativ şəbəkələr və rabitə sistemləri;
  • İnformasiya təhlükəsizliyi sistemlərinin işlənməsi və tətbiqi;
  • İnformasiya texnologiyaları sahəsində konsaltinq və audit;
  • İT avadanlıqları və proqram təminatının kompleks tədarükü.