Azərbaycanda istehsal olunan daşların bütün növləri ilə yanaşı “Dəvəli” ASC digər xarici ölkələrdə: - Ukrayna Respublikasından, Rusiya Federasiyasından, İran İslam Respublikasından, Çin Xalq Respublikasından, Cənubi Afrikadan, Hindistandan, Braziliyadan, Türkiyədən, İtaliyadan, İspaniyadan, Yunanıstandan, Malayziyadan, Vietnamdan, Pakistandan, Əfqanıstandan, Dubaydan, Misirdən, Zimbabve və s. ölkələrdən müxtəlif çeşidli qranit və mərmər daşları xammal, yarımfabrikat və hazır məhsul şəklində mallar alır.
“Dəvəli” müstəqil hüquqi şəxs olaraq, “Mülki Məcəllə”yə, “Səhmdar Cəmiyyətləri haqqında Qanun”a, öz Nizamnaməsinə və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq fəaliyyət göstərir. “Dəvəli” çoxsahəli bir istehsalat müəssisəsidir. Burada müxtəlif sahələr üzrə bacarıqlı mütəxəssislər: məhşur rəssamlar, nəqqaşlar, daşyonanlar, heykəltəraşlar, metal işləri üzrə ustalar, dəzgah və avadanlıqlar üzrə mühəndislər çalışırlar.