Design House xəritədə

Design House

Bakı, Xətai rayonu, Xocalı prospekti, 37 AZ1000 *** 0 səs

Design House haqqında

DesignHouse gənc və dinamik inkişaf edən marka, Azərbaycanın tikinti xidmətləri bazarına ən müasir və yaradıcı ideyaları gətirən gənc və iddialı peşəkarların birliyidir. Şirkətimiz artıq özünü tanıtmışdır və hal-hazırda yalnız inşaat sahəsində deyil, həm dizayn və mənzillərin təmirində, həm də dekorun eksklüziv elementlərinin yaradılmasında aparıcı mövqedə durur. Biz öz müştərilərimizin vaxtını, şəxsiyyətini, zövq və vərdişlərini dəyərləndirir, və bizimlə əməkdaşlığın maksimal rahatlığı üçün əlimizdən gələni edirik. İnteryerin yaradılması prosesində heç bir təsadüfə yer yoxdur, çünki əsas məqsəd insanların rahatlığı və rifahını təşkil etməkdir. İllərlə sınanmış iş təcrübəsi vaxt və pul itkisinə gətirən fəaliyyətdən çəkinməyə imkan verir. Belə bir sxemin yaranması hər bir kəsin öz mövqeyinin olduğu və daha çox şey eləməyə çalışdığı vahid heyətin səyi nəticəsində mümkün olmuşdur. Biz 1998-ci ildən bəri fəal iş görür və inkişaf edirik. Bu gün biz sadədən elitə qədər 70-ə yaxın obyekt üzərində işləmiş, layihələr,dizayn, təmir və inşaatda böyük təcrübə qazanmışıq. Bütün prosesin peşəkar təşkili, dəqiq müəyyən olunmuş müddətdə iş həcminin hər bir iştirakçı tərəfində keyfiyyətlə yerinə yetirilməsi şirkətimizin fərqləndirici cəhətlərindən olmuşdur. Sözün hər mənasında dizayner olaraq biz öz müştərilərimizə əsasən rahatlıq, belə ki, dizayndan başlayaraq mebelə qədər təmirə daxil olan hər bir şeyi təklif edirik. Siz bizimlə heç bir zaman təmiri dəhşətli hadisə kimi xatırlamayacaqsınız... Design House- zamanlarını və həyat keyfiyyətlərini dəyərləndirən, peşəkarların qayğısına etibar edən insanların şirkətidir.