Design Glass xəritədə

Design Glass

Bakı, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 126 AZ1029 *** 2 səs

Design Glass haqqında

“Design Glass” şirkəti ISR holdinqə daxildir və memarlıq, inşaat şüşəsinin emalı üzrə ixtisaslaşır. Şirkətimizin prioriteti: keyfiyyət və regionda rəqabətə davamlılıqdır. Şirkətin istehsalat sahəsində Avropanın şüşə emalı üzrə aparıcı istehsalçılarının avadanlıqları quraşdırılmışdır. Bu, bizi yüksək keyfiyyətimiz və sifarişlərin icraat müddəti ilə rəqiblərimizdən fərqləndirir. Təcrübəmizə əsasən bilirik ki, fasad elementinin bir təbəqəsi (indiki halda inşaat şüşəsi) sındıqda inşaat şirkətləri xaricdən həmin elementi sifariş etməli olurdular, bu da inşaatçıları əlverişsiz vəziyyətdə qoyurdu (müddətlər və daşıma).Şüşəni regionda emal etməklə inşaat şirkətləri bütün texniki məsələləri və istismar sonrası xidməti operativ həll etmək imkanı qazanırlar. “Design Glass” şirkəti həmçinin Guardian, Saint- Gobain, Glaverbel, Pilkington kimi brend şüşə təbəqələrin istehsalçıları ilə əməkdaşlıq edir. Şüşə təbəqəsi şəklində yüksək keyfiyyətli xammal almaqla, biz emal işlərimizin keyfiyyətinə zəmanət verə bilirik.

“Design Glass” şirkətinin imkanları

  • Şüşəpaketlər. İstənilən mürəkkəblikdə və konfiqurasiyada.
  • Əyilmiş şüşəpaketlər.
  • Zərbəyədavamlı şüşədən şüşəpaketlər.
  • Zərbəyədavamlı (közərdilmiş) şüşə.
  • Zərbəyədavamlı (közərdilmiş) əyilmiş şüşə.
  • Şüşə emalının hər növü (kəsmə, deşmə, cilalama, oyma və s). Bizim 300mmХ400mm-dən 3200mmХ6000mm-dən şüşəni, eləcə də 300mmХ400mm-dən 2000mmХ2850mm-dən əyilmə ölçüsünü emal etmək imkanımız var. Bunlar bizi regionda 100%-lik liderə çevirir.