«Darnagul Boru Zavodu» QSC 27 may 2003-cü ildə istismara verilmişdir. Təsisçi «ABFIN» QSC-dir (Azərbaycan). Texniki avadanlıqlar İtaliyada hazırlanıb və qabaqcıl Avropa standartlarına cavab verir. Avadanlıqların təchizatçısı «Merloni Progetti» şirkətidir (Milan ş., İtaliya). Boru istehsalı sexi 5 texnoloji ekstruziya xəttindən və boruların bağlayıcı elementləri (fittinqlər) üçün avadanlıqdan ibarətdir. Zavodda həmçinin boruların qovuşuq qaynağı üçün qaynaq qurğuları, istehsalat tullantıların emalı üçün avadanlıq, əsas xammalın və hazır məhsulun sınaqdan keçirilməsi üçün laboratoriya mövcuddur.
Borular yüksək növ PE-100 markalı aşağı təzyiqli ilkin polietilendən hazırlanır və DÜST 18599-01 və DIN 8074 standartlarına əsasən 20 atm. təzyiqə hesablanmışdır və təsərrüfat-içməli su təchizatında, içməli suyu, eləcə də polietilenin kimyəvi davamlı olduğu qələvi və müxtəlif qazşəkilli maddələri daşıyan su borularında istifadə olunur. İstismar zamanı daşınan vasitə növlərinə qarşı böyük korroziya davamlılığı və daxili səthin hamarlığını polietilen boruların başlıca üstünlüklərinə aid etmək olar, onun sayəsində sürtünmə itkisi polad və çuqun borulara nisbətən 30% az olunur. Zavodun laboratoriyası texniki tələblərə uyğun olaraq, tətbiq edilən xamalların keyfiyyətinə nəzarət sınaqlarını keçirməyə qadirdir.