ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi xəritədə

ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi

Bakı, Nizami rayonu, Azər Manafov küçəsi, 1 AZ1000 *** 2 səs

ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi haqqında

ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi sifarişlər əsasında neft sənayesi və ölkənin digər sənaye sahələri üçün yüksək ixtisaslı kadrların hazırlanması, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartların tələbləri səviyyəsində qurulması, sənayenin və cəmiyyətin ehtiyaclarını ödəyən yüksək keyfiyyətli təlimlərin təşkili, sertifikatlaşdırma və beynəlxalq standartların nəzəri əsaslarının həyata keçirilməsində metodiki və texniki xidmətlərin göstərilməsi, o cümlədən dəniz neftçilərinə beynəlxalq müqavilələr əsasında beynəlxalq standartlara və beynəlxalq dəniz konvensiyalarının tələblərinə uyğun təlimlərin keçirilməsi məqsədi ilə fəaliyyət göstərir.

İdarənin fəaliyyəti

İdarə peşə-ixtisas təhsili müəssisələrində ayrı-ayrı peşələr üzrə yeni fəhlə kadrların, ARDNŞ-nin mühəndis-texniki işçilərinin tələb olunan səviyyədə yenidən hazırlanmasını, Şirkətin müəssisə və təşkilatlarına işə qəbul olunanların əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə təlimatlandırılmasını,müəssisə və təşkilatlarda çalışan qaynaqçıların attestasiyasını və beynəlxalq standartlara uyğun sertifikatlaşdırılmasını yerinə yetirir. Həmçinin ARDNŞ-nin strukturuna daxil olan müəssisələrdə standartların tətbiqi və onlara nəzarət Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin fəaliyyət istiqamətlərindən birini təşkil edir.