Biz uşaqlarınızın sağlam və intelektual inkişafa yelkən açmasına və dünyagörüşünün genişlənməsinə imkan yaradırıq.Bağçamızın məqsədi uşaqların fiziki və psixoloji, həmçinin intelektual inkişafını təmin edəcək tədris proqramlarını tətbiq etmək, sağlam və intelektual gələcək nəsil yetişdirməyə çalışmaqdır. Bağçamız öz fəaliyyətində müasir məktəbəqədər təhsil metodlarını tətbiq edərək, hər bir uşağın fiziki və əqli xüsusiyyətlərinə fərdi yanaşaraq onların inkişafını təmin edir.
Qruplarda uşaqlarla işi tərbiyəçi, tərbiyəçi köməkçisi və dayə həyata keçirir. Bağçada uşaq psixoloqu (aqressivlik, qorxu, hiperaktivlik, diqqətsizlik, stress və s. psixoloji problemlərin həlli) və loqoped (nitq qüsurlarının aradan qaldırılması) xidmətləri də mövcuddur.
Proqrama daxildir: İngilis, Rus, Fransız dili məşğələləri, Danışıq Klubu və Teatr məşğələsi. Məşğələlər 1 saat olmaqla həftədə 3 dəfə keçirilir. Bunlarla yanaşı hər gün 1 saat olmaqla, gəzinti, film və nağıl saatı da təşkil edilir. Həmçinin Şənbə və Bazar günləri bağçada müxtəlif kurslar və şənliklər təşkil edilir. Ətraflı məlumat üçün bağça rəhbərliyi ilə əlaqə saxlayın.Biz uşaqlara özlərini tanımaq, ifadə etmək və əylənərək öyrənmək imkanı yaradırıq.