Delta Group Holding xəritədə

Delta Group Holding

Bakı, Xətai rayonu, Atatürk prospekti, 1107 AZ1025 *** 1 səs

Delta Group Holding haqqında

Delta Group şirkəti 1999-cu ildə yaranmışdır və artıq 14 ildir ki Azərbaycan bazarında fəaliyyət göstərməkdədir.Qısa müddət ərzində şirkət ən iri holdinqlərindən birinə çevrilmişdir, hansıki sadəcə dağıtım fəaliyyəti ilə çərçivlənməyib, həmcinin yüksək keyfiyyətli məhsulların istehsalı ilə özündə bir neçə şirkətləri cəmləmişdir.Yeni texnologiyalardan istifadə edərək dağıtım sistemində kəmiyyət və keyfiyyət üzrə qısa müddət ərzində yüksək satışları əldə edə biləcək bir Distribyusiya şirkətinə çevrilmişdir.Holdinqin bütün əməkdaşları satış sistemində zəngin təcrübəyə malik yüksək dərəcəli mütəxəssislərdir. Onların sayı minə çatmışdır.Delta Group Şirkəti öz siyasətini bütün Azərbaycan regionları üzrə operativ şəkildə fəaliyyətə keçirməkdədir. 

Delta Group şirkəti

Azərbaycanın bütün regionlarında proqram təminatı və logistika sistemi ilə təmin olunmuşdur. Buda öz növbəsində qərəzsiz dağıtım sisteminin fəaliyyətini yüksək nəbzdə saxlaya bilməkdədir.Bölgənin idarə olunması bilavasitə baş ofis tərəfindən təyin olunmuş Satış Meneceri tərəfindən idarə olumaqdadır. Bölgənin supervayzer və satiş təmsilciləri Satiş menecerinin tabeçiliyindədir.

Mövcud olan anbarların regionlarda lazım olan mal çeşidliyinin təmin olunması üçün kifayət qədər əlverişli şəraitə sahibdir.Bütün satış təmsilçilərinə monitorinqə əsasən işlənmiş dəqiq marşrut təqdim olunub, satış təmsilçilərinin ziyarət etdiyi satış nöqtələrinin tam klasifikasiyası keçirilib.Baş ofis Bakı şəhərində yerləşməkdədir. Bununla yanaşı respublikanın 10 bölgəsində təmsil olunmaqdadır.

  • Gəncə
  • Sumqayıt
  • Şirvan
  • Lənkaran
  • Göyçay
  • Bərdə
  • Tovuz
  • Zaqatala
  • Quba
  • Naxçıvan