Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərir.Daun Sindromlu uşaqların və yeniyetmələrin valideynlərinin nəzərinə :“Qayğı-Sağlam Nəsil Naminə”İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində məşğələlər iki növbə üzrə təşkil olunur:1-ci növbə saat 09:00-dan -13:00-dək 5 yaşdan 10 yaşadək, 2-ci növbədə 14:00-dan -18:00-dək 10 yaşdan və yuxarı
Valideynlərin istəyi ilə rus dilində danışan uşaqlar və yeniyetmələr üçün təhsil rus dilində aparılır.Mərkəzimizdə birinci növbənin uşaqları üçün iki dəfə yemək verilir( səhər yeməyi saat 09:00`da və nahar yeməyi 12:30`da)İkinci növbənin uşaqları və yeniyetmələri üçün 16:30-da çayla mərkəzin aşbazı tərəfindən hazırlanmış şirniyyat və ya salat.Iki növbədə də uşaqlara və yeniyetmələrə yüksək ixtisaslı tibb işçiləri xidmət göstərir: həkim-pediator, stomotoloq və tibb bacısı, böyük tibb bacısı.İlin isti aylarında Daun sindromlu uşaqlara və yeniyetmələrə məşğələlərin bir hissəsi açıq havada,köşklərdə , uşaq əyləncə meydançasında açıq idman meydançasında keçirilir.Mərkəzimizdə bütün xidmətlər və məşğələlər təmənnasızdır.