"Dapprima" markasının zinyət əşyaları sizə xas individuallığınızı və zövqünüzü vurğulayır. Bu markanın məhsulları öz incəliyi il təəccübləndirir. Onların hazırlanmasında peşəkar italyan dizayner- rəssamlar çalışırlar. "Dapprima"-nın eksklüziv məhsulları cəmi bir neçə, bəziləri isə yalnız bir nümunədə hazırlanır. Bu əvəzsiz gözəllikdəki zinyət əşyaları məşhur zinyət sərgisi mərkəzləri - Las-Veqas, Honkonq, Bazel, Viçensada sərgilənir. Məhz bu zinyət əşyaları Bakıdakı "Dapprima" butikində təqdim olunur. Brendin məhsullarının hazırlanmasında yalnız yüksək keyfiyyətli qiymətli daşlar istifadə olunur. Brendin mütün məhsulları beynəlxalq keyfiyyət və zəmanət standartlarına müvafiq hazırlanır.Burada sizə dünya zərgərliyinin aparıcı məhsulları təqdim olunur. Bütün məhsullar sənət ustalarının əlləri ilə hazırlanır və burada yalnız yüksək keyfiyyətli brilliantlar, yarı-qiymətli daşlar - kolumbiya zümrüdü, seylon sapfiri, birma yaqutu istifadə olunur.