Dalğıc xəritədə

Dalğıc

Bakı, Səbail rayonu, Salyan şossesi, 6/10 AZ1000 *** 0 səs

Dalğıc haqqında

Dalğıc” Fərdi Firması 1996-cı ildə təsis edilmişdir. Şirkət öz fəaliyyətini BP Exploration (Xəzər Dənizi) Ltd-nin podratçıları olan şirkətlər də daxil olmaqla yerli və xarici şirkətlər üçün hava dalğıc xidmətlərinin göstərilməsi ilə başlamışdır. Şirkət özünün uğurlarını sərmayələr və strateji tərəfdaşlıqlar vasitəsilə inkişaf etdirməyə və genişləndirməyə davam edir. Hazırda “Dalğıc” şirkəti Xəzər dənizi hövzəsində müxtəlif növ HSA (Heyətsiz Sualtı Aparat), dalğıc, sualtı texniki və gəmi təmiri xidmətlərinin təchizatçısıdır. Dalğıc” Fərdi Firması sualtı-texniki xidmətlər sferasında qabaqcıl olmağa səy göstərir, bizim məqsədimiz müştərilərimizə ən yaxşı sualtı həll üsulları işləyib hazırlamaq və çatdırmaqdır.“Dalğıc” şirkətinin idarəçilik komandası tərəfindən belə qəbul edilmişdir ki, məqsədlərimizə təlim və işçi heyətin inkişaf etdirilməsi, eləcə də Dalğıc, HSA (Heyətsiz Sualtı Aparat), və sualtı mühəndislik sahələrində qlobal texniki yeniliklər və təkmilləşdirmələrdən hər zaman xəbərdar olmaq vasitəsilə nail olmaq mümkündür. Dalğıc” şirkəti günün 24 saatı ərzində çağırış əsasında xidmətdə olan böyük idarəçilik komandasının nümayəndələri vasitəsilə davamlı dəstək göstərir. Ölkə daxili potensiallar yerli şəraitə aid dərin bilik və şirkət strukturu çərçivəsində ən yüksək peşəkarlıq səviyyəsinin təmin edilməsi məqsədilə beynəlxalq standartların tətbiq olunması vasitəsilə inkişaf etdirilmişdir.“Dalğıc” şirkətinin işçi heyəti bütün əməliyyatlarda bacarıqların və təcrübənin mövcudluğunu təmin etmək üçün birlikdə çalışır. 2009-cu ildə “Dalğıc” şirkəti BP Qazma Layihələri üçün HSA (Heyətsiz Sualtı Aparat) xidmətlərinin göstərilməsi üzrə tenderdə qalib gəlmişdir. Həmin xidmətlər “Dalğıc” şirkətinin Hallin Marine Ltd ilə əməkdaşlığı sayəsində həyata keçirilmişdir. “Dalğıc” şirkəti və Hallin Marine Ltd 5 ildən çox uğurlu əməkdaşlıq etmişlər. Xəzər dənizində “Dalğıc” şirkəti və Hallin Marine Ltd aşağıdakı əsas sahələrdə uğurlu xidmət göstərmişlər: HSA (Heyətsiz Sualtı Aparat) Təftişi, Təmir və Texniki xidmət (HSA və Dalğıc) Metrologiya və mütəxəssis təftişi xidmətləri (HSA və Dalğıc) Fövqəladə Hallarda Müdaxilə Sualtı tikinti və quraşdırma Qazmaya dəstək