Dalğa Plaza xəritədə

Dalğa Plaza

Bakı, Səbail rayonu, Neftçilər prospekti, 24 AZ1000 *** 1 səs

Dalğa Plaza haqqında

«DALĞA PLAZA» - “A” kateqoriyalı ofis kompleksidir. Bu kompleksin layihəsi beynəlxalq standartlara və biznes-mərkəzlərin tikintisinə uyğun qaydada tərtib olunub. Biznes-mərkəz erkerli və gözəl fasadı olan, kaskad tipli, müasir, 12 mərtəbəli binadır. Azinko şirkəti ümumi sahəsi 1300 m2 olan ərazidə çox cəlbedici memarllq işləri həyata keçirib. Kompleksə aşağıdakı sahələr daxildir: “A” kateqoriyasının ofis sahələri, ən müasir konfrans zallar, restoran, mühafizəçisi olan dayanacaq. Aparılan araşdırmalar müəyyən edib ki, «DALĞA PLAZA» – Bakı şəhərinin çoxsaylı, xüsusi diqqətə layiq olan yerlərinin tərkibinə daxil olunan layihədir. Unikal memarlıq strukturları, müasir üslublu daxili dizayn, işıqlı məkanın təkrarolunmazlığı maksimal dərəcədə rahat olan işgüzar əhval-ruhiyyə yaradır. Ofis binasının fasadı – yüksək keyfiyyətli, şəffaf və kompozitli səthlərin keyfiyyətli birləşməsindən düzəldilib. Axşamlar bina bəzəkli çilçıraqlar vasitəsilə yaradılan effektli və orijinal işıqlandırma sistemi nəticəsində çox təmtəraqlı görünür. Sizin biznesinizin çiçəklənməsi üçün tələb olunan bütün şərait və xidmətlər ümumi sahəsi 11000 m2 olan bu möhtəşəm binada cəmləşib. Nüfuzlu biznes-mərkəzin birinci mərtəbəsi tamamilə qranitlə bəzədilib, qalan mərtəbələrin hazırlanmasında isə İtalyan mərmərindən istifadə olunub. Tavanların hündürlüyü 3 metrdən artıqdır, bu da oraya ayaq basanlarda sərbəst məkanın təkrarolunmaz hissini oyadır. «DALĞA PLAZA»nın bütün kompleksinin interyeri, rəngarəngliyi və dizaynı mütəxəssislər tərəfindən ciddi tədqiq edilib. «DALĞA PLAZA»nın yerləşdiyi yerin əlverişliliyini xüsusi qeyd etmək lazımdır. Paytaxtımızın bir sıra yerlərindəki narahat yollardan fərqli olaraq çox rahat keçidi olan yeganə biznes-mərkəzdir. «DALĞA PLAZA»da 24 saat ərzində yüksək zəmanətli xidmət göstərilir. Dəniz məkanının təkrarolunmaz mənzərəsi biznes-mərkəzə gəldiyiniz zaman Sizdə məmnunluq hissi oyadacaq. Bir sözlə, «DALĞA PLAZA» - işgüzar enerjinin, müvəffəqiyyətli fəaliyyətin, nüfuzun, yeni biznes ideyalarının mənbəyi, dinamik fəallığın zonasıdır!