Dahi Training Center xəritədə

Dahi Training Center

Bakı, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 15/15 AZ1000 *** 3 səs

Dahi Training Center haqqında

Dahi şirkəti 1999-cu ildə təsis edilmişdir. Hazırda fəaliyyətimiz yeni proqramların işlənib hazırlanmasına, treninqlərin və ixtisaslaşdırılmış kursların aparılmasına, kompyuter texnologiyaları və İnternet sahəsində layihələrin həyata keçirilməsinə, eləcə də ölkədə təhsilin və maarifləndirmənin səviyyəsini artırmaq üçün humanitar aksiyaların təşkil edilməsinə yönəldilmişdir.Təsis edildiyi gündən şirkət fəaliyyətini və təklif etdiyi xidmətlərin siyahısını tez bir zamanda və uğurlu şəkildə genişləndirmişdir.Bu gün, “Dahi” müxtəlif sahələrdə fəaliyyət göstərən bir neçə şöbədən ibarətdir:

  • Study Online – Onlayn təhsil
  • Study Abroad - Xaricdə təhsil
  • Translation Center - Peşəkar yazılı və şifahi tərcümələr
  • Teacher Training Center - Müəllimlər üçün metodiki treninqlər
  • Exam Preparation - TOEFL, IELTS, SAT, GMAT, GRE və s. imtahanlara hazırlıq
  • Consulting Center - Konsultasiya xidmətləri
  • Language School - Xarici dillərin çoxsəviyyəli intensiv kursları
  • Computer School - Ən son kompyuter proqramları üzrə kurslar
  • Kids School –– Uşaqlar üçün kurslar, məktəbəqədər hazırlıq
  • Testing Center - Testləşdirmə və sertifikasiya mərkəzi

Mərkəzdə xarici dillərin tədrisi

“Dahi” xarici universitet və kolleclərin Azərbaycandakı təmsilçisidir və ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, Rusiya və digər ölkələrin bir çox təşkilatları ilə sıx əməkdaşlıq edir.Dahi” Mərkəzində Siz Azərbaycan, ingilis, alman, fransız, ispan, italyan, rus və s. dilləri öyrənə bilərsiniz.Sizə ən müasir metodikalardan istifadə etməklə rəngarəng, çoxsəviyyəli proqramlar təklif olunur. Siz məqsədlərinizə optimal şəkildə uyğun gələn və təhsilin davamiyyətinə görə ən çox yararlı olan proqramı seçə bilərsiniz.

Müəllimlər metodistlərin bilik bazasını mükəmməl şəkildə yarada bilən nailiyyətlərindən və qərb alimlərinin hər bir dərsdə kiçik şou yarada bilən ən son uğurlarından istifadə edirlər. Bu o deməkdir ki, Siz məhz malik olduğunuz biliyə uyğun gələn səviyyədən başlaya və arzuolunan nəticəni əldə edəcəyiniz vaxtadək təhsilinizi davam etdirə biləcəksiniz. Proqramın seçimi zamanı tələbənin malik olduğu biliyin ilkin səviyyəsi, dilin öyrənilməsi məqsədi, asudə vaxtın mövcudluğu və fərdi xüsusiyyətlər nəzərə alınır. Məşğələlər tələbənin seçimi üzrə həm fərdi qaydada, həm də kiçik qruplarda keçirilir.