D.Group Production xəritədə

D.Group Production

Bakı, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi, 50/60A AZ1073 *** 0 səs

D.Group Production haqqında

"D. Group" Azərbaycanda istənilən reklam layihəsini həyata keçirə biləcək reklam şirkətinin yaradılması ideası əsasən də təsisi olunmuşdur. Elə bir şirkət ki, reklamın - layihələndirmə, dizayn, hazırlanma və montajı kimi yaradılmasına dair hər mərhələni özündə birləşdirə biləcək-yekun məhsulun kağızdakı ilk cızma-qarasından hər mərhələdəki fəaliyyətinə qədər. Hələ 1998-ci ildə bu qeyri-mümkün görünürdü. Ölkənin reklam bazarında keyfiyyətli və yaradıcı işə maraqlı tək-tük şirkət və kompaniyalar vardi ki, bu da bizim səylərimizi çətinləşdirir. Lakin biz qərara gəldik ki, qabağa gedək, hətta ziyan ehtimalı olsa da inkiaf edək və başlanğıc olaraq müştəriylə işləmək üçün şərtlər müəyyən etdik: -Orijinal dizayn, -Keyfiyyətli yerinə yetirilmə, -Qısa müddətə hazırlanma, -Sifarişin yerinə yetirilməsi üçün çeşidli metod və materiallardan istifadə. Zaman keçdi və məhdud imkanları, amma böyük ideyaları olan kiçik şirkət yüksəldi. Hal-hazırda "D Group" özünün istehsal infrostrukturuna, professional əməkdaşlara, professional avadanlıqlarla dizayn və foto studioya, böyükformatlı çap üçün ən yeni avadanlıqlara, konstruksiyaların hazırlanması və yığılmasına dair sexlərə və montaj işləri üçün ölkənin istənilən nöqtəsinə gedə biləcək operativ ustalara malikdir. İşçi komandası yerli və xarici şirkətlərdə ixtisaslaşmışdır. Tapşırığın yerinə yetirilməsi üçün biz ən son texnologiyaları, əsasən də istehsalda daim innovasiyaları axtarırırq. Avadanlıqlarımızı Amerika, Avropa və Yaponiyanın aparıcı istehsalçılarından alır və eləcə də bu ölkələrdən hazırladığımız məhsulun keyfiyyətinə və davamlılğına zəmanət verən təchizat materialları alırıq. Şirkətimiz Sizin ideyalarınızın həyata keçirilməsinə dair imkanları və təbbi ki, öz ideyalarımızı da sizinlə paylaşmağı təklif edir. Müvafiq texnologiyalar, material və mütəxəssislərin olmamasına görə bir çoxlarının gücü çatmadığı işi üzərimizə götürürük. Məhdud imkanlara görə öz ideyalarınızın reallaşmasının qarşısını almayın - bizə müraciət edin, biz onların həyata keçməsinə yardım edərik, çünki bunun üçün nə lazım olduğunu bilirik.