Crystal Hall xəritədə

Crystal Hall

Bakı, Bayıl qəsəbəsi, Səbail rayonu AZ1003 *** 1 səs

Crystal Hall haqqında

Baku Crystal Hall — çoxməqsədli idman-konsert kompleksidir. Bu kompleksdə geniş miqyaslı konsert tədbirləri və idman yarışlarının həm komanda, həm də ayrı növlərini keçirmək üçün nəzərdə tutulub.Baku Crystal Hall Avroviziya 2012 mahnı müsabiqəsinin keçirilməsi üçün Bakının Dövlət Bayrağı Meydanının ərazisində xüsusi olaraq tikilmişdir. Kompleksin tikintisi Respublika prezidenti İlham Əliyevin sərəncamına əsasən dövlət komitəsi tərəfindən həyata keçirilib.Kompleksin layihəsinin baş dizayneri alman şirkəti "GMP", arenanın dizayneri isə İsveçrə şirkəti Nüssli International AG-dir. Stadionun üç hissəsinin tikintisi - arenanın, fasadın və tavan hissənin - eyni zamanda başlanıb.

Tikinti 2012-ci il 16 aprel tarixində qurtarıb. Mayın 7-si kompleksin rəsmi açılışı olub və arena 22-26 mayda tarixlərində Avroviziya-2012 mahnı müsabiqəsinin yarımfinalları və finalına ev sahibliyi edib. Crystal Hall-un fasadı müxtəlif effektləri yaratmağa icazə verən çoxsaylı müasir dinamik led lampalarla təchiz edilmişdir. Avroviziya-2012 mahnı müsabiqədəsində hər bir ifaçının səhnəyə çıxışı zamanı bu led lampaların işıqlandırılması iştirakçı ölkənin bayrağının rənglərini canlandırırdı.