Müasir və uğurla çalışan hər bir şirkətin fəaliyyəti özünütanıtma kimi vacib və aktual bir istiqaməti də əhatə edir. Biznesin aparılması xüsusiyyətindən, şirkətin miqyası və fəaliyyət sahəsindən asılı olaraq müştərilər üçün nəzərdə tutulmuş təqdimat mərasimləri və tədbirlər, mətbuat konfransları, dəyirmi masalar və s. özünütanıtma vasitəsi kimi istifadə edilə bilər.
Belə tədbirlərin və informasiya imkanlarının vacibliyinə yüksək dəyər verilir. Bir qayda olaraq, çox diqqətlə təşkil olunan banket və furşetlər belə tədbirlərin effektiv qeyri-rəsmi hissəsinə çevrilmişdir. Restoran işi sahəsində zəngin təcrübə toplayan və inkişaf etmiş restoranlar şəbəkəsinə malik “Caspian Crystal” şirkəti mükəmməl səyyar xidmətlərin təşkili olaraq belə çətin məsələnin ideal həllidir.
Catering xidməti yalnız ziyafət və çay fasilələrinin təşkil edilməsi, nahar yeməklərinin çatdırılmasından ibarət deyil. Eyni zamanda yüksək xidmət, ustalıqla hazırlanmış yemək çeşidləri və onların süfrəyə qüsursuz təqdim edilməsini də təmin edir. Catering xidmətinin təşkili bizim uğur qazandığımız və ixtisaslaşdığımız sahədir. Bundan başqa, səyyar restoranın digər üstün cəhəti onun çevikliyidir. Bu üstünlük imkan verir ki, Siz qısa bir zamanda dostlarınızı, əməkdaşlarınızı və iş yoldaşlarınızı istənilən vaxt və istənilən yerdə qonaq edə biləsiniz.
“Caspian Crystal” şirkəti yarandığı gündən etibarən daima inkişaf etməkdədir və öz fəaliyyət sahəsində dünya standartlarına cavab verməyə çalışır. Beynəlxalq qida məhsulları və Xidmətlər sərgilərində iştirak, xarici mütəxəssislərin cəlb edilməsi və işçi heyətinin müntəzəm olaraq təlimdən keçməsi şirkətimizin ən mühüm fəaliyyət istiqamətlərinin əsasını təşkil edir.
Biz yalnız səyyar restoran kimi tələb olunan xidmət təklif etmirik. Səyyar xidmətlərin təşkil edilməsi başqa şirkətlərin işçilərinin nahar yeməyi probleminin həlli olacaq. "Caspian Crystal" şirkətinin səyyar xidmətinin əsas üstünlükləri:
Caspian Crystal” şirkətinin işçi heyətinin daha bir üstün özəlliyi ondan ibarətdir ki, onlar neft platformalarında və dənizdə naviqasiya sahəsindən asılı olmayaraq gəmilərdə səyyar xidmət göstərmək üçün xüsusi təlim keçmiş və müvafiq sertifikatlar əldə etmişlər. “Caspian Crystal” şirkətinin digər üstünlüyü şirkətimizin Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən tanınmasıdır.
Beləki, şirkətə məxsus ofis və anbarların yerləşdiyi sahələrdəki bütün binaların sahibkarı şirkət özü hesab edilir. Əməkdaşlar üçün iaşə xidmətinin təşkili - gündəlik yeni hazırlanmış yeməklərin çatdırılması, şirkətə məxsus yeməkxananın böyük və demokratik alternatividir. Bütün bunları nəzərə alaraq, bu gün məsul şirkət və sahibkarlar məhz bu xidmət növündən istifadəyə üstünlük verir.