Crystal Catering xəritədə

Crystal Catering

Bakı, Qaradağ rayonu, Salyan şossesi, 13 AZ1023 *** 1 səs

Crystal Catering haqqında

Müasir və uğurla çalışan hər bir şirkətin fəaliyyəti özünütanıtma kimi vacib və aktual bir istiqaməti də əhatə edir. Biznesin aparılması xüsusiyyətindən, şirkətin miqyası və fəaliyyət sahəsindən asılı olaraq müştərilər üçün nəzərdə tutulmuş təqdimat mərasimləri və tədbirlər, mətbuat konfransları, dəyirmi masalar və s. özünütanıtma vasitəsi kimi istifadə edilə bilər.

Belə tədbirlərin və informasiya imkanlarının vacibliyinə yüksək dəyər verilir. Bir qayda olaraq, çox diqqətlə təşkil olunan banket və furşetlər belə tədbirlərin effektiv qeyri-rəsmi hissəsinə çevrilmişdir. Restoran işi sahəsində zəngin təcrübə toplayan və inkişaf etmiş restoranlar şəbəkəsinə malik “Caspian Crystal” şirkəti mükəmməl səyyar xidmətlərin təşkili olaraq belə çətin məsələnin ideal həllidir.

Catering xidməti yalnız ziyafət və çay fasilələrinin təşkil edilməsi, nahar yeməklərinin çatdırılmasından ibarət deyil. Eyni zamanda yüksək xidmət, ustalıqla hazırlanmış yemək çeşidləri və onların süfrəyə qüsursuz təqdim edilməsini də təmin edir. Catering xidmətinin təşkili bizim uğur qazandığımız və ixtisaslaşdığımız sahədir. Bundan başqa, səyyar restoranın digər üstün cəhəti onun çevikliyidir. Bu üstünlük imkan verir ki, Siz qısa bir zamanda dostlarınızı, əməkdaşlarınızı və iş yoldaşlarınızı istənilən vaxt və istənilən yerdə qonaq edə biləsiniz.

Caspian Crystal Catering xidməti

“Caspian Crystal” şirkəti yarandığı gündən etibarən daima inkişaf etməkdədir və öz fəaliyyət sahəsində dünya standartlarına cavab verməyə çalışır. Beynəlxalq qida məhsulları və Xidmətlər sərgilərində iştirak, xarici mütəxəssislərin cəlb edilməsi və işçi heyətinin müntəzəm olaraq təlimdən keçməsi şirkətimizin ən mühüm fəaliyyət istiqamətlərinin əsasını təşkil edir.

Biz yalnız səyyar restoran kimi tələb olunan xidmət təklif etmirik. Səyyar xidmətlərin təşkil edilməsi başqa şirkətlərin işçilərinin nahar yeməyi probleminin həlli olacaq. "Caspian Crystal" şirkətinin səyyar xidmətinin əsas üstünlükləri:

  • Catering xidmətinin peşəkarlıqla təşkil edilməsi. Qazandığımız təcrübə bizə ideal formul yaratmağa imkan verdi. Keyterinq aşpazlıq sənəti və yeməklərin süfrəyə verilməsi, menyunun düzgün tərtib edilməsi və həmin prosesin təşkil edilməsindən ibarətdir.
  • Təcrübə. “Caspian Crystal” şirkəti müxtəlif ölçülü və səviyyəli tədbirlər üçün səyyar xidmətlərin təşkil edilməsi sahəsində toplanmış təcrübənin, eləcə də banketlərin, furşetlərin və korporativ gecələrin təşkilində yüksək təcrübəli aşpazlar, ofisiantlar və peşəkar işçi heyətinin vəhdətindən ibarətdir. Personalın mütəmadi olaraq təlim keçməsi, əsl təcrübəli peşəkarların keyterinq sahəsinə cəlb edilməsi bizə səyyar xidmətlər bazarında qabaqcıl mövqe tutmağa imkan verir.

    Caspian Crystal” şirkətinin işçi heyətinin daha bir üstün özəlliyi ondan ibarətdir ki, onlar neft platformalarında və dənizdə naviqasiya sahəsindən asılı olmayaraq gəmilərdə səyyar xidmət göstərmək üçün xüsusi təlim keçmiş və müvafiq sertifikatlar əldə etmişlər. “Caspian Crystal” şirkətinin digər üstünlüyü şirkətimizin Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən tanınmasıdır.

  • Operativlik. "Caspian Crystal" şirkəti bütün müştərilərinin istəklərinin ideal şəkildə yerinə yetirilməsinə, operativliyinə və xidmət keyfiyyətinə zəmanət verir.
  • Geniş çeşidli menyu. Müasir keyterinq zəngin yemək çeşidləri təklif edir. Bu baxımdan səyyar restoran ənənəvi “statik” restoranların menyusundan heç də geri qalmır. Menyudan asılı olaraq Siz sadəcə sifariş verirsiniz və “Caspian Crystal” şirkəti Sizin arzunuzu dəqiq yerinə yetirəcək.
  • Yüksək keyfiyyət. “Caspian Crystal” şirkəti ərzaqların əla keyfiyyəti və onların minimal saxlanma müddəti deməkdir. Biz Azərbaycan ərazisində və dənizdə yüksək keyfiyyətli keyterinq xidmətləri təklif edirik. Təklif olunan menyu və kalorilik baxımından standartlara uyğundur. Bizim yemək çeşidlərinə həm Avropa səyyar xidməti menyusu, həm də milli mətbəximizin menyusu daxildir.
  • Demokratiklik. “Caspian Crystal” şirkəti qiymət və xidmət keyfiyyətinin mükəmməl vəhdəti deməkdir. “Caspian Crystal” şirkəti tərəfindən təklif olunan xidmətlərin qiymətinə yalnız yeməklər və catering xidmətinin təşkili - ofisiantların əməyi, transfer haqları və s. daxildir. Səyyar restoran tərəfindən təklif edilən xərclər smetasına bina icarəsi, kommunal və digər xərclər üçün müavinətlər daxil deyil.

    Beləki, şirkətə məxsus ofis və anbarların yerləşdiyi sahələrdəki bütün binaların sahibkarı şirkət özü hesab edilir. Əməkdaşlar üçün iaşə xidmətinin təşkili - gündəlik yeni hazırlanmış yeməklərin çatdırılması, şirkətə məxsus yeməkxananın böyük və demokratik alternatividir. Bütün bunları nəzərə alaraq, bu gün məsul şirkət və sahibkarlar məhz bu xidmət növündən istifadəyə üstünlük verir.

  • Hər hansı bir problemin həlli. “Caspian Crystal” şirkəti böyük tədbirlərdə səyyar xidmətlər göstərmək üçün zəngin təcrübəyə mailkdir. “Caspi­an Crystal” şirkəti xarici nümayəndələr üçün ziyafət, önəmli müştərilər üçün böyük təqdimat tədbirləri, mühüm investorlar üçün mərasimlər təşkil etmək kimi ən çətin vəzifələrin belə öhdəsindən gəlmək iqtidarındadır. Şirkətimiz tədbirin mürəkkəbliyi, qonaq və dəvətlilərin sayından asılı olmayaraq furşet, banket və çay fasilələrinin təşkil edilməsində öz yüksək xidmətlərini təklif edir.