CQA İnternational Ltd geotexniki, dağ-mədən mühəndisliyi, tullantıların idarə edilməsi və ətraf mühitin bərpa edilməsi ilə bağlı ekoloji mühəndislik məsləhətçi xidmətləri üzrə ixtisaslaşmışdır. Şirkətimiz dünyanın müxtəlif yerlərində layihələrin praqmatik üsulla yerinə yetirilməsinə nail olmuşdur.Yüksək ixtisaslı peşəkarlardan, təcrübəli mühəndis dizaynerlərdən, ətraf mühit üzrə mütəxəssislərdən, mülki və sənaye tikintisi üzrə nəzarətçi və iş icracılarından ibarət əməkdaşlarımız var. Bu heyət sayəsində müvəffəqiyyətlə təhvil verdiyimiz layihələr bizim iş qabiliyyətimizin əsasını təşkil edir.
Bizim məqsədimiz layihələri praktiki mühəndislik tərtibatları innovasiyalarla balanslaşdıraraq, müştərilərimizin tələb və istəklərinə uyğun olaraq, iqtisadi cəhətdən səmərəli və işi vaxtında tamamlayıb müştəriyə təhvil verməkdir.Bizim müştərilərimiz, müxtəlif təbii mühitlərdə apardığımız mühəndislik layihələndirmələri , iş icrası və nəzarəti, və digər tənzimləmə və nəzarət rejimləri layihələri üzrə sahib olduğumuz coxillik təcrübəmizdən faydalanmaq üçün bizə təkrarən müraciət edirlər.
CQA 1993-cü ildə yaradılmışdır. Hal-hazırda dünyanın müxtəlif yerlərində layihələr üzrə fəaliyyətini davam etdirən şirkətin Böyük Britaniya və Azərbaycanda ofisləri var.Bizim 30 nəfərdən ibarət heyətimiz müxtəlif mühəndislik ixtisasları üzrə seçilmişdir. Əməkdaşlarımız texniki təcrübə və praktiki qabiliyyətləri sayəsində müştərilərin tələblərinə cavab verən, həll yolları təklif edir, onların problemlərini dərk edib və davamlı olaraq həll etməyə qadirdilər.Bizim dağ-mədən infrastrukturu, Avropa Birliyi (AB) standartları ilə uyğunluq təşkil edən zibilxanaları, tullantıların idarə edilməsi, tullatınların təkrar istehsalı, qatışıq üzvi gübrə komposterlənməsi və tullantıların yandırılması sahələri üzrə zəngin təcrübəmiz var. Şirkətimiz, tullantıların idarə edilməsi üzrə ixtisaslaşmış korporasiyaları, dağ-mədən və neft şirkətləri, hökümət orqanları ilə əməkdaşlıq etmiş və ən əsası AB və Dünya Bankının maliyyələşdirdiyi layihələr üzrə də fəaliyyət göstərmişdir.
Yüksək ixtisaslı əməkdaşlarımızın təmin etdiyi xidmətlərdən razıyıq və müştərilərimizin də məmnun olduğunu bilirik. Bizim aparıcı əməkdaşlar hər layihə üzərində diqqətlə və təfsilatı ilə çalışaraq, layihəni təkmilləşdirərək yekun nəticəni düzgün yerinə yetirilməsini təmin edirlər.
Hansı nəticələri əldə etmişik? Bizim müştərilərimiz yüksək ixtisaslı heyətimizin etibarlı mühəndislik, elmi tədqiqat bacarıqları və praktiki qərar qəbul etmə və təxəyyülə dayanan ideyalarından faydalanmışdır. Biz bütün bunların sayəsində 20 ildən çox müddətdə müxtəlif növ mülki və sənaye mühəndisliyi sahəsindəki problemlərin həllinə müvəffəq olmuşuq.