Corn Processing Company xəritədə

Corn Processing Company

Bakı, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 309 AZ1009 *** 1 səs

Corn Processing Company haqqında

«CORN PROCESSİNG COMPANY» şirkəti Cənubi Qafqaz regionunun qarğıdalı emalından əldə olunan məhsulların (qida qlükozası, maltoza, protein (qlüten) və qarğıdalıdan alınan kəpək) ən geniş çeşidini təklif edən ən iri və müasir istehsal müəssisəsidir. CPC şirkəti Cənubi Qafqazda yeganə qarğıdalı kraxmalı və qida qlükozasının hazırlanması üçün qarğıdalı emalı zavodunun tikintisini başa çatdırmışdır. Zavodun individual işlənmiş layihə əsasında tikilməsi və zavodun müasir Avropa avadanlıqları ilə təmin olunması, həmçinin, unikal istehsal texnologiyalarının tətbiqi CPC şirkətinə 3 müxtəlif istehsal proseslərini (qarğıdalı emalı, kraxmal istehsalı, və qlükoza patkalarının istehsalı) birləşdirməyə imkan vermişdir. CPC şirkətinin məhsulları beynəlxalq standartlara və son istehlakçıların tələblərinə tam cavab verir.