Şirniyyat Kafesi / Cookies Cafe - sadə dizaynı ilə göz oxşayacaq bu məkanda qonaqlarımız şirniyyat və dondurmalardan dada biləcəklər. “Cookies Cafe”də qonaqlara təklif olunan İtaliya dondurmaları və dünya ölkələrinin tort çeşidləri, meyvə sousları, kekslər və qarnirlər hər kəsin zövqünü oxşayacaq. Burada qonaqların özəl ziyafətlər təşkil etməsi də mümkündür. Üstəlik kafedə müxtəlif meyvə şirələrinin, limonadların və spirtli içkilərin dadına baxmaq da olar. Eyni zamanda 142 nəfər kafenin xidmətindən yararlana biləcəklər. Qonaqların 80-i açıq havada, 62 nəfəri isə kafe daxilində əyləşə biləcəklər. Məhsullar Fransada çalışmış azərbaycanlı ustalar tərəfindən hazırlanır. İsti yay günlərində sərin məkanda musiqi sədaları altında 14 saat əsl şirniyyat həzzini yaşamaq mümkündür.