Sloveniya Respublikasının konsulluğu xəritədə

Sloveniya Respublikasının konsulluğu

Bakı, Səbail rayonu, Qəsr küçəsi, 13/4 AZ1000 *** 1 səs

Sloveniya Respublikasının konsulluğu haqqında

Sloveniya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımış və 20 fevral 1996-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. 20 fevral 2004-cü ildə B. Moquşar Sloveniyanın Azərbaycanda Fəxri konsulu təyin olunmuşdur. Azərbaycanın Sloveniya Respublikasında səfiri Qalib İsrafilovdur (etimadnaməsini təqdim etmişdir 31 yanvar, 2012-ci il).

Yüksək səviyyəli qarşılıqlı səfərlər

  • 2006-ci il 27-29 avqust - Prezident İ.Əliyevin rəsmi səfəri
  • 2009-cu il 09-10 noyabr - Prezident D.Türkün rəsmi səfəri
  • 2011-ci il 09-10 iyun - Prezident İ.Əliyevin rəsmi səfəri
  • 2002-ci il 19-20 aprel - Xarici işlər naziri D.Rupelin rəsmi səfəri
  • 2005-ci il 1-2 aprel - Xarici işlər naziri D.Rupelin ATƏT-in sədri qismində rəsmi səfəri
  • 2005-ci il 05 sentyabr - Xarici işlər naziri D.Rupelin ATƏT-in sədri qismində rəsmi səfəri
  • 2005-ci il 5-6 dekabr - Xarici işlər naziri E.Məmmədyarovun işgüzar səfəri
  • 2008-ci il 17-18 aprel - Xarici işlər naziri E.Məmmədyarovun rəsmi səfəri

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyevdir.
Sloveniya Parlamentində Sloveniya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Zmaqo Yelinçiç Plemenitidir.Azərbaycan Respublikası ilə Sloveniya Respublikası arasında 10 sənəd imzalanmışdır.