Sloveniya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımış və 20 fevral 1996-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. 20 fevral 2004-cü ildə B. Moquşar Sloveniyanın Azərbaycanda Fəxri konsulu təyin olunmuşdur. Azərbaycanın Sloveniya Respublikasında səfiri Qalib İsrafilovdur (etimadnaməsini təqdim etmişdir 31 yanvar, 2012-ci il).
Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyevdir.
Sloveniya Parlamentində Sloveniya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Zmaqo Yelinçiç Plemenitidir.Azərbaycan Respublikası ilə Sloveniya Respublikası arasında 10 sənəd imzalanmışdır.