Rusiya Federasiyası Səfirliyinin konsulluq şöbəsi xəritədə

Rusiya Federasiyası Səfirliyinin konsulluq şöbəsi

Bakı, Nəsimi rayonu, Bakıxanov küçəsi, 17 AZ1022 *** 2 səs

Rusiya Federasiyası Səfirliyinin konsulluq şöbəsi haqqında

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 4 aprel 1992-ci il tarixində Bakıda imzalanmış müvafiq protokol əsasında qurulmuşdur. 1992-ci ildə Azərbaycanın Rusiyada,Rusiyanın isə Azərbaycanda səfirlikləri öz fəaliyyətinə başlamışdır. Hal-hazırda Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu (30.01.2006), Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri isə Vladimir Doroxindir (17.03.2009).İki ölkə arasında mövcud olan və daima inkişaf edən müqavilə-hüquq bazasının
başlıca strateji xarakterli sənədi “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” Müqavilədir (03.07.1997). Həmin müqavilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvaya etdiyi rəsmi səfəri çərçivəsində imzalanmışdır.

Azərbaycan-Rusiya arasında ikitərəfli əməkdaşlıq

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərə dair konkret məsələlərin dövlət səviyyəsində həllini tənzimləyən işçi mexanizm İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır. 2008-ci ilin iyunun 16-da energetika naziri S.İ.Şmatko Komissiyanın Rusiya tərəfdən həmsədri təyin edilib. Azərbaycan tərəfdən isə Komissiyanın həmsədri baş nazirin birinci müavini Y.E.Eyyubovdur.
Rusiya ilə Azərbaycan arasında hərbi və hərbi-texniki sahədə də əməkdaşlıq inkişaf edir. 2003-cü ilin fevralın 27-də Bakıda iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq barədə Saziş, 2006-cı il dekabrın 4-də isə – ikitərəfli hərbi-texniki əməkdaşlıq zamanı əqli fəaliyyət nəticəsində əldə olunan və istifadə olunan hüquqların qarşılıqlı qorunması barədə hökumətlərarası Saziş imzalanıb.

Qafqazda ümumi vəziyyət və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə ilə bağlı məsələlər nəzərə alınmaqla, sərhədyanı əməkdaşlıq əlaqələrimizin vacib tərkib hissəsi olaraq qalır.Azərbaycanla dövlət sərhədinin delimitasiyası istiqamətində iş davam etdirilir. 2008-ci il yanvarın 29-30-da Moskvada danışıqların 15-ci raundu keçirilib. İki dövlət arasında ümumi uzunluğu 336,5 km olan sərhədin işçi protokollarda əksini tapmış, xəritələrə və digər təsviri sənədlərə köçürülmüş hissəsinin uzunluğu 301,1 km-dir. Yəni, iki ölkə arasında sərhədin 90 %-i delimitasiya edilib.