CN Co. Ltd haqqında
1973 – cü ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Aznefteximzavodremont” trestinin tərkibində Qaynaq birləşmələrinin və Tikinti Materiallarının Keyfiyyətinə nəzarət Laboratoriyası yaradıldı ki, 2005 – ci ildən etibarən bu şirkət öz fəaliyyətini “CN Co. LTD” kimi davam etdirdi. Bu şirkət, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə akkreditləşdirilmiş Dövlət Kommittəsi, Azərbaycan Fövqaladə Hallar Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Professional əməkdaşları və yeni avadanlıqların təchizi sayəsində, "CN Co. LTD" bir çox beynəlxalq və yerli layihələrdə, konfranslarda, sərgilərdə iştirak etmişdir. Azər Cəbiyev şirkətin təsisçilərindən biridir, 1959 – cu ildə o, Azərbaycanda ilk dəfə ultrasəs nəzarət metodunu tətbiq etmişdir ki, bu da sözü gedən sənaye sahəsində 50 illik təcrübənin nəticəsidir. "CN Co. LTD" aşağıda qeyd olunan xidmətlərin yüksək keyfiyyətlə icrası sahəsində ixtisaslaşdırılmışdır: ultrasəs nəzarət (UT), radioqrafiki nəzarət (RT), avtomatik ultrasəs nəzarət (AUS), kapilyar nəzarət üsulu (PT), maqnit toz yoxlaması (MT), əyani yoxlama (VT), cərəyan burulğanı üsulu ilə yoxlama (ET).