Leyla Şıxlinskayanın Klinikası xəritədə

Leyla Şıxlinskayanın Klinikası

Bakı, Xətai rayonu, Yusif Səfərov küçəsi, 19 AZ1025 *** 1 səs

Leyla Şıxlinskayanın Klinikası haqqında

Azərbaycanda ilk özəl klinika 1999-cu ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev tərəfindən açılmış və ilkin olaraq ixtisaslaşdırılmış mamalıq və ginekologiya mərkəzi kimi nəzərdə tutulmuşdur.Klinikanın mövcudluğu, inkişafı, şöhrət qazanması və əhəmiyyəti əvvəlcədən müəyyən edilmişdir: Klinikanın kollektivi Moskvanın (Rusiya) mamalıq və ginekologiya sahəsində aparıcı mütəxəssislərinin birbaşa iştirakı ilə seçilmişdir.Tikinti-təmir işləri və ən müasir avadanlıqlarla təchiz edilmə tibb müəssisələrinin yaradılmasında beynəlxalq lider Hospitalia International şirkətinin (Almaniya) birbaşa nəzarəti altında həyata keçirilmişdir. Ali tibbi heyət ixtisaslarının artırılması üçün Rusiya və Avropada əlavə təcrübə keçmişdir.

Klinikanın fəaliyyəti

Klinikaya göstərilən inamı doğrultmaq və Azərbaycan Respublikasında özəl tibb sektorunun inkişaf etdirilməsinə yol açmaq cəhdi Klinikanın kollektivi qarşısında nəinki özəl müəssisə kimi, o cümlədən öz regionunda ilk özəl tibbin nümayəndəsi kimi ciddi vəzifələr qoymuşdur.Tibbin inkişafına və təqdim edilən tibb xidmətlərinin keyfiyyətinə verdiyi töhvələrə görə alınan çoxsaylı mükafat və medallar bizə Klinikanın “Ən yaxşıları – Dərhal!” devizinin özünü doğrultduğuna və haqlı olduğuna inanmağa imkan verir. Bu deviz cəlbedici ifadə kimi deyil, özünün bütün səmimiyyəti ilə genişhəcmli anlayış kimi Azərbaycan Respublikasının sakinlərinin sağlamlığı üçün, hər gün onun həyata keçirilməsi üçün seçilmişdir.

Xidmətlərimiz

  • Mamalıq & Ginekologiya
  • Neonatal şöbə
  • Uşaq şöbəsi
  • Uşaq cərrahiyyəsi
  • Ümumi & təcili cərrahiyyə
  • Travmatologiya & Ortopediya
  • Proktologiya
  • Qastroenterologiya
  • Urologiya
  • Otorinolarinqologiya
  • Stomatologiya
  • Poliklinika
  • Hematologiya
  • Kardiologiya
  • Nevrologiya
  • Uşaq nevrologiyası
  • Endokrinologiya
  • Oftalmologiya
  • Dermatologiya
  • Andrologiya
  • Fizioterapiya
  • Ümumi Diaqnostika
  • Şüa Diaqnostikası
  • Kardiodiaqnostika
  • Fibroendoskopiya
  • EKQ
  • EXO
  • Funksional Diaqnostika
  • Genetik Laboratoriya
  • Anesteziologiya &Təciliyardım şöbəsi