City Taxi xəritədə

City Taxi

Bakı AZ1000 *** 6 səs

City Taxi haqqında

City Taxi göstərdiyi xidmətlərlə fəxr edən müasir, avtomatlaşdırılmış Taksi Dispetçer Xidmətidir.City Taxi rahat və müasir xidmətdir! Arzu etdiyiniz üsulla: telefon, sayt və ya mobil aplikasiya vasitəsilə taksi sifariş edə bilərsiniz.Sizin vaxtınız bizim üçün dəyərlidir. Buna görə də telefon vasitəsilə sifariş edərkən zəng etdiyiniz telefon nömrəsi Dispetçer xidmətində avtomatik olaraq görünür və dərhal sifariş blankına daxil edilir. Sifarişlərinizin tarixçəsi avtomatik olaraq sistemdə yadda saxlanılır, müvafiq olaraq, təkrar müraciət edərkən sifarişinizin qəbul vaxtı əhəmiyyətli dərəcədə qısalır.City Taxi sifariş edərkən ödəyəcəyiniz məbləği əvvəlcədən bilirsiniz. Məbləğ kilometraj və səfərin vaxtına əsasən avtomatik olaraq sistem tərəfindən hesablanılır.

Sizin diqqətiniz bizim üçün dəyərlidir. Taksi gəlib çatdıqda siz avtomobil (marka və dövlət qeydiyyat nişanı) və sürücü (A.S.A. və telefon nömrəsi) haqqında məlumat alırsınız.Sizin sakitliyiniz bizim üçün dəyərlidir.Səyahətə yollanarkən City taxi seçin! Rahat avtomobillərimizin təcrübəli sürücüləri sizi hava limanına vaxtında çatdıracaqlar.

Həftənin 7 günü 24 saat biz sizə aşağıdakı xidmətləri təklif edirik:

  • şəhər üzrə taksi sifarişi
  • hava limanı, vağzallara taksi siafrişi, hava limanı və vağzallarda qarşılama, hava limanı və vağzallar arasında səfərlər
  • «Xüsusi hadisələr və təntənəli tədbirlər üçün avtomobil ilə sürücünün icarəsi» xidməti
  • «Korporativ müştərilər üçün servis» xidməti, həmçinin kuryer xidmətləri
  • «Ehtiyat sürücü" xidməti

City Taxi xidmətlərinə dair ətraflı məlumatı Xidmətlər bölməsində əldə etmək olar. Bizim şəhər. Bizim taksi. City Taxi.

City Taxi üstünlükləri

City Taxi Dispetçer xidməti Azərbaycanda telefon, sayt və mobil apliksiya vasitəsilə taksi sifariş etmək imkanı verən xidmətətbiq etmişdir. Xidmətimizdən istifadə etdiyiniz hər gedişə görə sifarişin dəyərinin 15-nə qədərini bonus şəklində əldə edirsiniz və onlardan gediş haqqını ödəmək üçün istifadə edə bilərsiniz. 10 azn ekvivalentində bonus topladıqda, artıq onlarla sifarişi ödəyə bilərsiniz. Balların miqdarı ilə mobil aplikasiyanın «Bonusla balans» bölməsində tanış olun.

Avtoparkda yalnız «Miniven», «Mikroavtobus», «Standart», «Komfort», «Biznes» klasa aid xarici avtomobillərdir.Sərnişinlərin istəkləri nəzərə alınmaqla (uşaq kreslosu, qəbzin verilməsi və s.) sürətli avtomobil axtarışı. Avtomobilin çatdırılması minimal vaxt ərzində həyata keçirilir cəmi 5 dəqiqədən başlayaraq. *8844 asanlıqla yadda qalan və unudulmayan nömrə. Sifarişin statusunun dəyişilməsi haqqında müştərinin daim xəbərdar edilməsi.

  • Yüksək keyfiyyətli xidmət müqabilində aşağı qiymətlər.
  • Həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Dispetçer xidməti.
  • Peşəkar sürücülər.
  • Keyfiyyətə daimi nəzarət. Müştərilərin şikayətlərinə diqqətli yanaşma.
  • Sifarişlər sürücülərimizə çatdırılır. Onlar sifarişlərin bilavasitə icraçılarıdır. Hər sürücü СITY TAXI-də iki dəfə yoxlamadan keçir: onların şəhəri nə dərəcədə tanıdıqlarını və müştərilərlə işləmə bacarıqlarını, həmçinin avtomobilin vəziyyəti və keyfiyyət standartlarımıza uyğunluğunu yoxlayırıq.

City Taxi mobil aplikasiyanin əsas imkanlari:

  • Bir düyməni sıxmaqla taksi çağırmaq mümkündür. Aplikasiya özü 10 metrəyə qədər dəqiqliklə olduğunuz yeri müəyyən edərək ən yaxın ünvanı və ya yeri daxil edir.
  • Aplikasiyada sürücü və onun avtomili haqqında ətraflı məlumat təqdim olunur.
  • Xəritədə sifariş olunmuş taksinin hərəkətini izləyə bilərsiniz.
  • «Mənim sifarişlərim» bölməsində səfərlərinizin tarixçəsi və onların ətraflı təsviri (avtomobil, sürücü haqqında məlumat) öz əksini tapmışdır.
  • səfərdən sonra xidmətin keyfiyyətini qiymətləndirmək və sürücünün reytinqinə təsir etmək mümkündür.