Çinici 8-ci mkr. haqqında
Çinici mağazası kişi və qadınlar üçün geyim, ayaqqabı və müxtəlif aksessuarların satışı üzrə ixtisaslaşıb.
Sirr deyil ki, geyim insanların daxili hisslərini təzahür etdirir. Siz geyim seçərkən, onu yalnız gündəlik geyim olaraq istifadə etmək deyil, həmçinin özünüzə verdiyiniz qiyməti və sosial statusunuzu ifadə edirsiniz. Şübhəsiz ki, buna nail olmaq üçün seçim imkanınız olmalıdır. Çinici mağazaları geniş geyim çeşidi ilə sizə əsl seçim azaldığı təklif edir.
Çinici mağazası ilk dəfə 1995-ci ildə Bakı şəhərində fəaliyyətə başlamışdır. Mağazamız Türkiyənin ən məşhur geyim ticarət nişanlarını Azərbaycanda təmsil edir. 2006-cı ildə isə, şəhərin ən böyük mağazalarından olan Çinici-2 fəaliyyətə başlamışdır. Bu yaxınlarda isə, üçüncü mağazamız xidmətinizə açılmışdır. 900 kv. metr sahəsi olan bu iki mərtəbəli mağaza Sizə daha geniş seçim imkanı verir.
Çinici mağazalarında zövqünüzü oxşayacaq geniş çeşiddə kişi və qadın geyimləri, aksesuarları tapa bilərsiniz. Bu saytın yaradılmasında da məqsəd sizinlə daha yaxın ünsiyyət qurmaq, təklif və iradlarınızı nəzərə alaraq sizə daha yaxşı xidmət etməkdir.