Çin öz dərin kökləri olan və nəsildən-nəslə ötürülən ənənəyə malik təbabəti ilə məşhurdur.Çin təbabəti bizim adət etdiyimiz təbabətdən fərqlənir. Bu təbabət təbiblərin nəsillər boyu yığdıqları və nəsildən-nəslə ötürərək qoruyub saxladıqları təcrübəyə əsaslanır.Mərkəzimiz öz praktikasında Çin və Tibet qeyri-tibbi müalicə metodları ilə müalicəni tətbiq edir və Beynəlxalq Çin Ənənəvi Təbabəti Assosiyasının üzvləri, DEQE Tibet Farmakalogiya Tədqiqatlar İnstitutu, Pekin Tibet hospitalı ilə hərtərəfli əməkdaşlığı həyata keçirir.Biz klinikada tərkibinə müalicəvi otlar, pəncələrin massajı, yalnız Tibet ustalarına bəlli olan çoxlu sirlər, həmçinin iynə terapiyası, yandırma, kompresslər, banka, massaj, bürümə, qan almanın daxil olduğu Tibet vannaları təklif edirik.
Mərkəzimizdə təcrübəli həkimlər nəbzin ölçülməsindən cəmi bir neçə dəqiqə sonra düzgün diaqnoz qoymaqda Sizə kömək edəcəklər. Qəbul zamanı onlar hətta xəstələrin ümumi tonusu, dərisinin, gözlərinin vəziyyəti və digər əlamətlərə ümumi nəzər yetirməklə bir çox məlumatlar əldə edərək xəstələri diqqətlə müayinə edirlər. Nəticədən asılı olaraq müalicə kursu təyin edilir. Tətbiq edilən otlar Tibet dağlarından dəniz səviyyəsindən 5000m yüksəklikdən toplandığı üçün ekoloji cəhətdən təmizdir. Bu otlar qədim zamanlardan rahiblər tərəfindən istifadə edilmişdir və onların təcrübəsi əlavə təsirlər istisna olmaqla əminliyə zəmanət verir. Bu otların orqanizmə müsbət təsiri qan dövranını, maddələr mübadiləsini, orqanizmin ümumi vəziyyərtini yaxşılaşdırmaqdan ibarətdir.