Uşaq Hüquqları Klinikası İnsan Hüquqları üzrə Müvəkkillə (Ombudsman) əməkdaşlıqda UNICEF-in, ATƏT-in Bakı Ofisi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, Ümidli Gələcək Gənclər Təşkilatı və “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Bilrliyi tərəfindən 15 sentyabr 2007-ci il tarixində Bakı şəhərində təsis olunub.Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən (Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Sərəncamı, 09 Yanvar 2013)"Baxımsız və Hüquq Pozuntusu Törədən Uşaqların Sosial Reabilitasiyası və Sosial--Hüquqi Xidmətlərin təşkili layihəsi çərçivəsində Mərkəz artıq 2013-cü ilin İyun ayından etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi əsasında uşaq və gəncləri reabilitasiyaya cəlb edərək onların sosial-psixoloji-hüquqi yardımını həyata keçirir.