Chelebi Mebel və Dekor xəritədə

Chelebi Mebel və Dekor

Bakı, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 151 AZ1010 *** 2 səs

Chelebi Mebel və Dekor haqqında

CHELEBI Furniture & Décor şirkətini yaratmış iki gənc rəssam - Aida Mahmudova və Fərid Rəsulovun ilham qaynağı zəngin Azərbaycan mədəniyyətidir. Özünəməxsus üslubları ilə seçilən rəssamlar dekorativ-tətbiqi sənətlə bağlı ideyalarını birləşdirərək yalnız Azərbaycana xas olan estetikanı mebel dünyasına gətirməyə müvəffəq olublar. Nəticədə həqiqətən də müasir üslublu mebellər meydana çıxıb.

Chelebi Mebel və Dekor şirkəti

Şirkət rəhbərləri gözəl, orijinal və məhdud sayda olan ev əşyalarını yaratmaq üçün müxtəlif yerli və xarici dizayner, illüstrator, rəssam və ustaları əməkdaşlığa cəlb ediblər. Azərbaycanın mədəniyyət tarixini özündə əks etdirən nüanslardan yararlanaraq ərsəyə gətirilən yeni mebel seriyasının evlərin ən sevimli əşyalarına çevriləcəyi şübhə doğurmur.
CHELEBI şirkəti öz adını füsunkar naxışları ilə tanınan xalçaların vətəni Qarabağın Çələbi kəndindən götürüb.