Çanaqqala restoranı 1991-ci ildə yaradılmışdır. Şəhərin ən görkəmli yerində yaradılmış bu restoran həmişə öz qonaqlarını ləziz təamları ilə valeh etmişdir. Bura təşrif buyuran hər bir müştəriyə əla servis və yüksək keyfiyyətli xidmət göstərilir. Axşam saatlarında buraya gələn insanlar həzin musiqinin sədaları altında rəqs edir və rəngarəng şou proqrmlarına qulaq asırlar.
Qonaqlar bizim restoranda Azərbaycan,Türk və Avropa mətbəxinin ləziz təamlarını dada bilərlər.Çanaqqala restoranında gözəl şou və banket zalları fəaliyyət göstərir. Burada qonaqlar VİP, Muğam, Şou, Kamelot və Tarzan zallarından davamlı istifadə edə bilərlər. Vaxtınızı şən keçirmək, yaxşı nahar şam etmək canlı musiqi istəyirsinizsə, onda Bakının mərkəzində yerləşən böyuk, rahat Çanaqqala restoranı axtardığınız məkandır.