C'est Bon xəritədə

C'est Bon

Bakı, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17A AZ1025 *** 3 səs

C'est Bon haqqında

C`est Bon şirkəti professional iaşə xidmətləri göstərən şirkətdir və 6 ildən çoxdur ki, biz öz xidmətlərimizi göstəririk. Bundan əlavə biz korporativ və fərdi müştərilərə öz banket və furşet xidmətlərimizi də göstəririk.Hal hazırda C`est Bon şirkəti 2000 kv.m artıq olan müasir avadanlıq ilə təchiz olunmuş istehsalat sahəsinə malikdir. Bunlar bizə imkan verir ki, gündəlik 2500 nəfərdən artıq insana öz xidmətimizi göstərək. Mövcud olan infrastruktur, idarəetmə bacarığımız və insani resursları bizə imkan verir ki, 5000 nəfərdən artıq insana öz xidmətimizi göstərək.

C`est Bon iaşə xidməti

Bizim iaşə xidmətlərimiz üçün menyu müştərinin istəyi və arzusu əsasında hazırlanır. Biz öncə müştərinin qida və diyetik tələblərini öyrənib, sonra onların individual marağlarına uyğun adaptasiya olunmuş konsepsiya hazırlayırıq. Bizim müştəri yönümlü işçi heyətimiz sizlərə öz xidmətlərini göstərməyə hazırdı.Biz, hazırlanan yeməklərin yüksək keyfiyyətini, geniş assortiment və münasib qiymətlər qarantiya edirik. Biz, qida əlavələrindən, dad gücləndiricilərdən və yarımfabrikatlardan istifadə etmirik, yalnız təbii ərzaq işlədirik. Bizim bütün personalımız mütəmadi olaraq müştəriyə xidmət etmək üzrə peşə hazırlığı keçir və biz sizə öz xidmətimizi göstərməyə çox sevinərik. Bizim bütün müəssisələr sertifikatlaşdırılmışdır. Biz istehsal silsiləsinə daimi nəzarət edir və sanitar-gigiyenik normalara ciddi əməl edirik.

C`est Bon Banketlərin,korporativ qida və furşetlərin təşkili

«C`est Bon» şirkəti, korporativ qida və furşetlər təşkilinə dair öz professional xidmətini təklif edir.Korporativ iaşə xidmətləri, İşçilərinizin ofisdə qidalanmasının təşkili, həmçinin tikintilərdə və istehsal zonalarında yeməkxanaların açılması.Korporativ qidalanma təşkili sxemlərinə aşağıdakilar daxil edilir:Yeməkxanaların (bufetlərin) sıfırdan başlıyaraq (proyektləşdirmə və tikintisi daxil olmaqla) yaradılması və yaxud ofislərdə və müəssisələrdə kafe yaradılması;Sizin bufet və ya kafedə xidmətlər təqdim edən podratçını «C`est Bon» ilə əvəzlənməsi;
Sizin bilavasitə tabeliyinizdə olan qidalanma kompleksi və infrastrukturunun idarə edilməsi.Qidalanma kompleksinin və infrastrukturunun idarə edilməsini «C`est Bon» şirkətinə həvalə edərək, Siz onun saxlanılması xərclərini azaldır və bu işlə bağlı qayğıları öz üzərindən götürürsünüz.