Mərkəzi Dənizçilər Xəstəxanası haqqında
Mərkəzi Dənizçilər Xəstəxanası 1964-cü ildə yaradılmışdır, hazırda 211 nəfər, o cümlədən 70 həkim və 79 orta tibb işçisi çalışır. Xəstəxanada cərrahiyyə, neyrocərrahiyyə, urologiya, kardiologiya, endokrinologiya, travmotologiya, terapiya, ginekologiya, diaqnostika, reanimasiya, fizioterapiya, efferent metodlarla müalicə şöbələri, hemokorreksiya mərkəzi, barokamera müraciət edənlərə müasir tibbi xidmətlər göstərir. Fəxrlə demək olar ki, respublikamızda ilk dəfə litotripsiya (böyrək daşlarının əzilməsi) və laporoskopik (lazer) əməliyyatlar məhz Mərkəzi Dənizçilər Xəstəxanasında həyata keçirilmişdir.