Neft kəşfiyyatçılarının birləşmiş xəstəxanası 1956-cı ildə yaradılıb. Çox tezliklə, bu şəfa ocağı bütövlükdə Azərbaycan neft sənayesi işçilərinin sağlamlığının qorunması sahəsində başlıca mərkəzə çevrildi. Bir necə il sonra burada yeni korpuslar tikildi, klinika keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verən bütün zəruri avadanlıqla təmin edildi.Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (MNX) inkişaf edərək, Avropanın istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksəlib. Mübahisəsiz demək olar ki, bu gün xəstəxanamız istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ən müasir klinikalardan biridir.Xəstəxanada baş verən kardinal struktur dəyişiklikləri bütün şöbələri əhatə edib. Belə ki, bu gün Xəstəxanada müasir dünya klinikaları üçün xarakterik olan bütün şöbələr fəaliyyət göstərir.
Xüsusilə qeyd etmək lazımdır ki, xəstəxananın elmi potensialı ildən-ilə yüksəlir, ən son texnologiyaları tətbiq edən, daxildə, xaricdə təhsil alan və bununla kifayətlənmiyən yüksək ixtisaslı mütəxəssislərimiz peşəkarcasına işin öhdəsindən gəlməklə, xəstəxananı ən yaxşı tibbi mərkəzlərdən birinə çeviriblər. Hazırda xəstəxanada 3 nəfər tibb elmləri doktoru, 25 nəfər tibb elmləri namizədi fəaliyyət göstərir. Son illər Türkiyə cümhuriyyətində uzmanlıq təhsili almış 14 nəfər azərbaycanlı mütəxəssis dəvət olunaraq işlə təmin edildi.Digər klinikalara nisbətən bizim üstünlüyümüz daim inkişaf edən xəstəxana olmağımızdır.
Bizim əsas məqsədimiz xəstəxananın və tibbi personalın imkanlarından geniş istifadə edərək müraciət edən insanlara ən yüksək səviyyədə tibbi xidmətləri göstərmək və xəstəxana nəzdində illərlə yaranmış tibb məktəbini inkişaf etdirməkdir.Xəstəxananın ən önəmli cəhətlərdən biri də Türk Standartları İnstitutu tərəfindən bütün dünyada qəbul edilən “TS EN ISO 9001:2008” beynəlxalq keyfiyyət idarəetmə sistemi standartı üzrə sertifikat ilə təltif olmasıdır. Türk Standartları İnstitutun mütəxəssisləri tərəfindən 2010-cu il 17-21 may tarixlərində müvafiq kurslar keçirilib. Həmin kurslarda xəstəxananın 19 nəfərlik tibb personalı iştirak edib. Mərkəzi Neftçilər Xəstəxanası bir sıra tenderlərdə iştirak edərək, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və daimi inkişaf kursuna nail olmaq məqsədi ilə beynəlxalq sertifikatlara yiyələnmək istiqamətində fəaliyyətini sürətləndirir.