Mərkəzi Kliniki Xəstəxana xəritədə

Mərkəzi Kliniki Xəstəxana

Bakı, Səbail rayonu, Parlament prospekti, 76 AZ1006 *** 1 səs

Mərkəzi Kliniki Xəstəxana haqqında

Mərkəzi Klinika yarım əsirlik tarixə malik nüfuzlu bir səhiyyə ocağıdır. Xəstəxananın binası 1963-cü ildə layihələşdirilmiş və 01.10.1965-ci ildə tikintisi sona çatdırılaraq istifadəyə verilmişdir. Həmin dövrdə başqa ünvanda fəaliyyət göstərən Azərbaycan SSR Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin 1 saylı Xəstəxanası bu binaya köçürülmüş və 1999-cu ilədək fəaliyyət göstərmişdir. Mərkəzi Klinika fəaliyyət göstərdiyi on dörd ilədək bir müddət ərzində qarşısına qoyduğu vəzifələri ləyaqətlə yerinə yetirmiş və bu istiqamətdə fəaliyyətimiz davam edir. Xəstəxanamız tibbin əsas istiqamətləri üzrə xalqımıza beynəlxalq standartlara uyğun xidmət göstərərək qısa müddətdə nəinki Azərbaycanda, eyni zamanda Qafqazda böyük nüfuza malik bir şəfa ocağına çevrilmişdir.

Mərkəzi Klinika Xəstəxanası

Mərkəzi Klinika Xəstəxanasının həyətyanı sahəsi 39 455, binasının sahəsi 22 200 kvadratmetr, ümumi çarpayı sayı 213 ədəd, o cümlədən 156 stasionar, 19 reanimasiya, 11 uşaq reanimasiyası, 8 təcili yardım, 10 əməliyyat, 6 əməliyyatdan sonra müşahidə(recoveri) çarpayısı, 50-dən çox poliklinika və diaqnostika otağı mövcuddur. Əsasən statisonar ağırlıqlı xidmətlərin həyata keçirilməsi nəzərdə tutulan, bu xəstəxanada ən müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmuş poliklinika, diqnostika, laboratoriya şöbələri də fəaliyyət göstərir. 5 ədəd təcili tibbi yardım avtomobili və mobil uşaq reanimsiya avadanlığı da mövcuddur.

Mərkəzi Klinikanın fəaliyyəti

Mərkəzi Klinika beynəlxalq standartlara uyğun, daim yenilənən, tibbin son nailiyyətlərinə əsaslanan tibbi texnika, texnologiya və peşəkar personalla xidmət göstərir. Xəstəxanamızda bütün istiqamətlərdə təkmilləşmə işləri aparılır, xidmətlərimizin keyfiyyəti, növləri və istiqamətləri daim genişləndirilir, yeni layihələr həyata keçirilir. Xalqımıza müasir tibbin ən son nailiyyətlərindən peşəkarcasına istifadə etməklə tibbi xidmət göstərmək və beləliklə də, onlarda milli səhiyyəyə inamı və etibarı daha da gücləndirmək Mərkəzi Klinikanın əsas FƏALİYYƏT FƏLSƏFƏSİNƏ çevrilmişdir.

Mərkəzi Klinikanın missiyası Azərbaycan səhiyyəsinə yeni, beynəlxalq standartlara uyğun tibbi xidmət sistemini və təfəkkürünü formalaşdırmaq və həyata keçirməkdən ibarətdir. Əsas məqsədimiz tibbin ən son nailiyyətlərindən, texnika və texnalogiyalarından istifadə etməklə xalqımıza müasir standartlar səviyyəsində tibbi xidmət göstərməkdən ibarətdir. Daha doğrusu xəstəxananın açılışı mərasimində Ümummilli Liderimiz Heydər Əliyev cənablarının proqram xarakterli nitqində qarşımıza qoyduğu aşağıdakı məqsəd və vəzifələri rəhbər tutaraq fəaliyyət göstərir və onlara nail olmağa uğur qazanmağımızın əsas meyarı kimi baxırıq.

Mərkəzi Klinikanın vəzifələri

  • Xalqımıza yüksək keyfiyyətli və beynəlxalq standartlara cavab verən tibbi xidmətlər göstərmək;
  • Azərbaycan vətəndaşlarının xarici ölkələrdə deyil, məhz öz vətənlərində indiyədək həyata keçirilməmiş hər növ tibbi xidmətlər almalarını təmin etmək;
  • Yüksək ixtisaslı və müasir səviyyədə tibbi bilik və bacarığa malik milli tibbi kadrlar hazırlamaq;
  • Respublikamızdan müalicə məqsədilə xarici ölkələrə gedən xəstələrin vətəndə müalicə almalarını təmin etməklə yanaşı, bu məqsədlə xaricə aparılan milli valyuta axımının qarşısını almaq və onun xalqın mənafeyi naminə istifadəsini təmin etmək.