CBS Center (Career & Business Support Center) beynəlxalq aləmdə qlobal problemin ən böyük ünsürlərindən biri olan, şəxsi imkanların inkişafı, mütəxəssis hazırlığının yüksək səviyyədə təşkili və karyera imkanlarının həll edilməsi məqsədi ilə yaradılmışdır. 20-ci əsr hər nə qədər Yüksək Texnologiya (Hi-tech) dövrü olsa da sosial, iqtisadi, siyasi və s. sahələrdə olan problemlər 21-ci əsrdə insan faktoruna daha çox əhəmiyyət verməli olduğumuzu, dünyanı robotların deyil insanların xilas edəcəyini bir daha sübut etmişdir. Məhz bu sahə ilə bağlı nöqsanların olması və peşəkarlığın lazımi səviyyədə olmaması səbəbindən, təhsil və karyera sahəsindəki boşluqları aradan qaldıracaq Biznes Məktəbi və Karyera Mərkəzi fəaliyyətə başlamışdır.
Biz gələcəyə daha əmin addımlarla irəliləyəcəyimizə inanır və hədəflərimizə çatmağın ancaq savadlı və çalışqan gənclərimizin arzularının gerçəkləşdirilməsiylə mümkün olacağını bilirik. Odur ki, karyera pilləsində yüksəlmək, öz sahəsində sözünü deyə bilən kadr olmaq istəyən gənclərimizi, eləcə də işçilərinin bilik səviyyəsini artırmaq istəyən iş adamlarını mərkəzimizlə tanışlığa dəvət edirik. Siz burada karyeranızda yüksəlmək üçün sizə həqiqətən hansı təlimlərin gərəkli olduğunu ödənişsiz sınaqlar vasitəsilə öyrənmiş olacaqsınız. Nəticədə Siz öz məqsədlərinizə doğru vaxt və maliyyə itkisinə yol vermədən daha planlı bir şəkildə irəliləyəcəksiniz. Bu işdə Sizə mərkəzimizdə çalışan yüksək ixtisaslı, öz sahələrində tanınan yerli və əcnəbi trenerlər (təlimçilər) kömək edəcəklər. Dərslər Azərbaycan və Rus dillərində həyata keçiriləcəkdir.Xidmətlərimizdən istər tələbələr və məzunlar, istərsə də təcrübəyə ehtiyacı olan digər şəxslər faydalana, həm nəzəri həm də praktiki olaraq biznes sahəsindəki istənilən ixtisasa sahib ola bilərlər.
Missiyamız, müştəri yönümlü olaraq fəaliyyət göstərdiyimiz bütün sahələrdə daxili və xarici müştərilərə, əməkdaşlıq etdiyimiz müəssisələrə və cəmiyyətə qarşı məsuliyyətli yanaşma ilə keyfiyyətli xidmət göstərmək, eyni zamanda Sizin mövcud potensial imkanlarınızı aşkar edərək inkişaf etdirmək və professional sferada tətbiq etməkdir.Təhsil və Karyera sferasındakı boşluqları nəzəri və pratik biliklər verərək aradan qaldırmaq;
Beynəlxalq təcrübə, bilik və peşəkarlığa sahib insan-kadr sərməyəmiz sayəsində yüksək ixtisaslı, intellektual, yenilikçi, yaradıcı kadrlar yetişdirmək;Hazırladığımız kadrlarla daima çalışqan və ixtisaslı kadr axtarışında olan qabaqcıl şirkətlər arasında körpü qurmaqdır.