Qafqaz Metal Qablaşdırma Sənaye MMC 2003-cü ildə Azərbaycan Bakı şəhərində Tənəkə Qablaşdırma Sənaye sektorunda fəaliyyətə başlamışdır. Ümumi olaraq 17000 m2 qapalı, 16000 m2 açıq əraziyə malık fabrikamız ən yeni texnologiya ilə İSO 9001–2000 keyfiyyət sistemi ilə istehsalatda Azərbaycan və Dünyanın xidmətindədir.Hər növ tənəkə qablaşdırma istehsalatında ardıcıl araşdırma və inkişaf çalışmaları ilə yeni texnoloji üsulla hazırlanmış məhsulları zamanında yetişdirən, müasirləşdirilmiş laboratoriya test cihazları ilə keyfiyyətdən kənar çıxmayan siyasətimiz ilə qüsursuz olmağı qarşımıza məqsəd qoymuşuq.Qafqaz Metal Qablaşdırma zavodu üç sexdən ibarətdir:
Zavodda qapaqlar və qutular istehsalat edilir, tənəkə lövhələrin üzərinə çap və lak vurulur.Hal-hazırda zavodda 230 nəfərə yaxın adam işləyir.
Litoqrafiya xətti-Qutuların üzərini istehsalat sistemində yer alan ən son texnologiya ilə mətbəə maşınlarında çap etməkdir. Tənəkə - Qutu istehsalçıları üçün müştərinin tələbinə və dizaynına uyğun istənilən ölçü və çox rəngdə lövhələr çap olunmaqdadır.
Qutu xətti-Ən modern sistemlər ilə təəsis edilmiş, tam avtomatik olaraq qurulmuş Qutu İstehsalı Xəttləri sızdırmadan 100% təminatlı qaynaq özəlliklərinə malikdir. Beynəlxalq “Know How” keyfiyyətini İSO 9000 keyfiyyət sistemi sənədləri ilə gücləndirən Qafqaz Metal Fabrikası 100 qr–18 kq. arasında dəyirmi və dördkünc qutular istehsal etməkdədir.
Qapaq xətti-Tənəkə - Qutu istehsalçıları üçün dəyirmi və dördkünc qapaqlar 70 mm–lik diametrdən 235 mm–lik diametrə qədər növləndirilmişdir.
Şirkətimizin ümumi prinsip və dəyərlərini özündə əks etdirən, onun kimliyini meydana çıxaran, yüksək bəşəri dəyərlərə söykənən fəlsəfəsi vardır. Bu fəlsəfə əsl mənasını, şirkətin müxtəlif istiqamətdəki funksiyaları ilə əlaqədar fəaliyyətlərdə tapır. Fəlsəfəmiz, şirkətimizin müxtəlif fəaliyyətlərinə istiqamətləndirir. Fəlsəfəmizin digər mənası, şirkətimizin tərtibat və fəaliyyətlərində cavabdehliyi öz üzərinə götürməsini göstərir və dünyagörüşünü müəyyən edir. Fəlsəfəmiz Şirkətimizin insan faktoruna, keyfiyyətə, sağlamlığa, ətraf mühitə, texnologiyaya, əxlaqa, müştəriyə, ədalətə münasibəti və yanaşmanı əks etdirir.