Caspian Poligraph xəritədə

Caspian Poligraph

Bakı, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 77A AZ1001 *** 0 səs

Caspian Poligraph haqqında

"Caspian Poligraph" şirkəti Azərbaycanda öz fəaliyyətini 2001 – ci ildən idarə edir. Əvvəlcə şirkətin funksiyaları kiçik tipoqrafiyalar və poliqrafiya şirkətləri üçün avadanlıqların və materialların təchizindən ibarət idi. Bir müddət keçdikdən sonra, təcrübə yığaraq, “Caspian Poligraph” Azərbaycanın polqrafiya sənayesinin tələblərini və xüsusiyyətlərini dərindən öyrənə bilir. Şirkətin əsas məqsədi öhdəliklərini dəqiqliyi ilə yerinə yetirməkdir. Məhz bu prinsipə əsaslanaraq, şirkət öz işində müsbət nəticələr əldə edə bildi və dünyaca məhşur olan şirkətlərin lider distribyutorlarına çevrildi. "Caspian Poligraph" aşağıda qeyd olunan şirkətlərin avadanlıqlarının təchizatçısı və distribyutorudur: "Koenig & Bauer AG" - Almaniya, "Dainippon SCREEN" - Yaponiya, "RYOBI" - Yaponiya, "Officine Meccaniche Marchetti" - İtaliya, "KONICA MINOLTA" - Yaponiya, "RISO KAGAKU Corporation" - Yaponiya, "OKI" - Yaponiya, "PERFECTA Schneidemaschinen GmbH" - Almaniya, "HORIZON International INC." - Yaponiya, "IDEAL" - Almaniya, "Morgana Systems Ltd." – İngiltərə, "UCHIDA" - Yaponiya, "Isaberg Rapid AB." – İsveçrə, "FASTBIND" - Finlandiya, "C.P. BOURG" - Belçika, "Duplo" - Yaponiya, "Canon" - Yaponiya, "Boway" - Çin, "Xante" - ABŞ. Eyni zamanda şirkət Bakıda və Azərbaycanın regionlarında böyük, orta və kiçik poliqrafiya tipoqrafiyanın hazırki fəaliyyət sahəsi üçün vacib olan avadanlıqlarla təchizi ilə məşğuldur. Avadanlıq nomenklaturasına STR sistemləri, rulon və list ofset maşınları, çap avadanlıqları, tam rəngli sistemlər, rizoqraflar daxildir. Təchizatçıla ilə professional əlaqələr və rahat anbarlar müştəriləri maksimum qısa müddətdə bütün vacib avadanlıqlarla təchiz edərək müştərilərin fasiləsiz işini təmin etmək imkanlarını yaradır. Təchizatdan başqa, biz eyni zamanda keyfiyyətli servis dəstəyi, eyni zamanda poliqrafiya avadanlıqlarının zəmanət xidmətini təmin edirik. Təklif olunan məhsulun hər bir modeli detalların və düyünlərin geniş xüsusiyyətlərinə malikdir. Bizim anbarlarsa hər zaman əlavə ehtiyat hissələri vardır. Biz sizə bəzi arqumentlər təklif edirik, hansı ki, bu arqumentlərə əsasən Siz xidmətlərə görə məhz bizə müraciət etməlisiniz: - birbaşa olaraq dünya zavodlarından – istehsalçılarından keyfiyyətli avadanlıqların təchizi; - anbarda daim məxaric materiallarının olması; - Sizin üçün münasib olan istənilən zaman konsultasiyaları bə servis dəstəyi ilə lazımi köməklik göstərən yüksək ixtisaslı heyət.