"Caspian Pipe Coatings" MMC-nin (EUPEC Pipecoatings Azerbaijan LLC-nin hüquqi varisi) 2002-ci ildə Azərbaycanda əsası qoyulmuşdur. O, öz sahəsində Xəzər regionunda fəaliyyət göstərən yeganə müəssisədir.2003-cü ildən başlayaraq BP-Azərbaycan şirkətinin sifarişi ilə CPC ”Azəri-Çırag-Günəşli” və “Şah-Dəniz” yataqlarında Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində müxtəlif diametrli boruların korroziyaya qarşı izolyasiyasını və betonla örtüklənməsini həyata keçirmişdir. Müəssisə bunun ardınca ARDNŞ üçün Bakı-Tbilisi-Ceyhan boru kəmərinin bir hissəsinin betonla örtüklənməsi işlərini yerinə yetirmişdir.
2007-ci ildə CPC ABƏŞ üçün “Azəri-Çıraq-Günəşli” yatağının texniki su ilə planlı təmin edilməsi məqsədilə lay sularının nəqli üçün boruların korroziyaya qarşı izolyasiyası və və betonla örtüklənməsi işlərini həyata keçirmişdir. 2007 və 2008-ci illərdə müəssisə ARDNŞ-nin sifarişi ilə “Neft Daşları-Bahar” və “Bahar-Hövsan” sualtı boru xətlərinin betonla örtüklənməsini uğurla başa çatdırmışdır.2009-cu ilin mayında CPC “Kaşaqan” (Qazaxıstan) layihəsi çərçivəsində EUPEC France şirkətinin sifarişi ilə təmir- örtükləmə işlərini aparmışdır.CPC-nin təsisçiləri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərtrans MMC-dir. EUPEC France CPC-nin strateji tərəfdaşıdır.
CPC-nin əsas müştəriləri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətidir (ABƏŞ). Ötən 10 il ərzində CPC 2400 km uzunluğunda olan müxtəlif diametrli boruların izolyasiyasını həyata keçirmişdir.Müəssisə boruların izolyasiyası sahəsində zəngin təcrübəyə və yüksək ixtisaslı kollektivə malikdir. CPC spesifik layihə tələblərinizə uyğun olaraq boruların izolyasiyası üzrə xidmətlərin tam spektrini təqdim edir:
Bir və ya ikiqat epoksid izolyasiya. Qalınlıq – 0.25 - 1 mm;
Üçqat polietilen/polipropilen örtük (epoksid astar, epoksid astar və üst polietilen/polipropilen qatlarını birləşdirən adhesiv, üst polietilen/polipropilen örtük);
Boruların diametri 10-48 düym, uzunluğu 10,5-12,5 m.
Standartlara və müştərilərin xüsusi tələblərinə cavab verən daxili izolyasiyanın növləri: