«Xəzər - Gələcək Naminə Tərəfdaşlıq» qeyri-hökumət və qeyri-kommersiya təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 2004-cü ilin iyul ayında qeydiyyatdan keçib. Fəaliyyətimizi Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına və təşkilatın nizamnaməsinə əsaslanaraq həyata keçiririk.Birliyin missiyası Xəzər regionunda sülhün gücləndirilməsi, Xəzəryanı ölkələr və xalqlar arasında dostluğun və əməkdaşlığın inkişafına dəstək göstərilməsidir.
Birliyin məqsədləri
- Xəzəryanı ölkələrin iqdisadi inkişafına yardım etmək
- Xəzəryanı ölkələrin eklogiya təhlükəsizliyini təmin etmək
- Xəzəryanı ölkələrin sosial, iqtisadi, ekloji, mədəni, siyasi əmkdaşlığına yardım etmək
- Xəzər regionunda münaqişəli vəziyyəti və gərginliyi aradan qaldırmasına yönəldilmiş işlərin aparılması
- Xəzər regionun dövlətlərin və iqtisadi-maliyyə strukturlarının əməkdaşlığını təmin etmək
- Xəzər regionunda yaşayan insanların həyat səviyyəsinin yüksəlməsinə yardım etmək
- Yuxarıda göstərilənləri həyata keçirmək üçün Birlik fəaliyyətini aşağıdakı istiqamətlər üzrə qurmağı nəzərdə tutur:
- Lazımi dövlət strukturlar və beynəlxalq təşkilatlarla əlaqə yaradır
- Xəzəryanı dövlətlərin inkişafı və tərəqissi üçün lazımi vəsatin toplanılmasına yönəldilmiş kampaniyalar keçirir
- konfranslar, seminarlar, treninqlər və vətəndaş fəaliyyətinin digər tədbirlərini həyata keçirir
- Xəzər regionun ölkələrin qeyri-hökumət təşkilatların və vətəndaş cəmiyyətinin digər strukturları haqqında informasiya yayır
- Xəzər regionu dövlətlərinin inkişafına yönəlmiş sosial, hüquqi, mədəni və digər proqramlarını həyata keçirilməsini təmin edir
- Jurnal, bülleten, kitab və s. nəşr edir