Caspian Nav Tel baş ofis xəritədə

Caspian Nav Tel baş ofis

Bakı, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 20 AZ1110 *** 1 səs

Caspian Nav Tel baş ofis haqqında

Caspian Nev Tel şirkəti 2007-ci ildən fəaliyyət göstərir. "Caspian NavTel" şirkəti - proqram təminatına uyğun gələn yerli elektron xəritələrin hazırlanması ilə məşğul olaraq ümumi sistemin nəzarəti altında onların müxtəlif avadanlıqlarda quraşdırılması, həmçinin bu sahədə xidmət üzrə Azərbaycanda ən böyük təşkilatdır. Öz kiçik fəaliyyət müddəti dövründə "Caspian NavTel" şirkəti hər insan üçün sadə peyk naviqasiyası istifadə edərək bütün Azərbaycan ərazisini əhatə edən elektron xəritələrin yaradılmasını başa çatdırdı."Caspian NavTel" Azərbaycanda elektron xəritələr əsasında GPS naviqasiya sistemi yaradan ilk təşkilatdır. Bütün Azərbaycanı əhatə edən elektron xəritələr- yerli profesionalların birgə səyi nəticəsində yaranan unikal məhsuldur. Nəticədə , böyük qrup istifadəçilərin marağına səbəb olan informasiya sistemi yarandı. Xəritədə şəhərlər, rayonlar, küçələrin adları, mövcud otellər, banklar, restoranlar, univermaqlar, tibb müəssisələri, ticarət mərkəzləri, məktəblər, universitetlər, xidmət mərkəzləri, yanacaq doldurma stansiyaları və s . əks olunub. Hal-hazırda sistem intensiv inkişaf edir və daima yenilənir.