Kaspian Line Biznes Turizm Şirkəti turizm bazarında müstəqil beynəlxalq turizm operatoru kimi fəaliyyət göstərir.Şirkətimiz qısa müddət ərzində turizm sahəsində öz layiqli yerini tutmağa müvəffəq olmuşdur və kifayət qədər korporativ müştərilərin diqqətini cəlb etməyi bacarmışdır.
Kaspian Line şirkətinin xidmətləri
- Bütün istiqamətlərdə aviabiletlərin bronlaşdırılması və satışı
- Aeroportlarda göstərilən xidmətlər: tursitlərin Heydər Əliyev adına beynəlxalq hava limanında və dünyanın bütün hava limanlarında qarşılanması və yola salınması, bununla yanaşı VİP xidmət, hava limanından otelə ve oteldən hava limanına çatdırılma.
- Xarici ölkələrdə otellərin bronlaşdırılması və yerləşdirilmə
- Azərbaycanın bütün şəhərlərindəki otellərə turistlərin yerləşdirilməsi: məsləhət vermə, korporativ müştərilər üçün münasib qiymətlər, otellerdə yerlərin qabaqcadan sifariş verilməsi, müştərilərin otel xidmətlərindən tam şəkildə istifadəsi.
- Azərbaycanın hər yerinə rahat nəqliyyat vasitələrinin – avtobus, mikroavtobus, minik avtomobilləri, yerli avia uçuşların köməyi ilə çatdırılmanın təşkil edilməsi və həyata keçirilməsi.
- Sürücüsüz avtomobillərin icarəyə verilməsi. Şirkət icarə məqsədilə nəzərdə tutulmuş avtomobil parkına malikdir.
- Azərbaycanda və xaricdə sifariş verməklə turların təşkili və həyata keçirilməsi, məkanın tarixi, dini, insanları, təbiəti, mədəniyyəti ilə tanışlıq məqsədilə ekskursiya turlarının təşkili, istirahət və əyləncə mərkəzinə turlar.
- Azərbaycanın nadir Naftalan balneologiya kurortlarında müalicə
- Biznes və stimulverici turlar: işçilər üçün konfransların, seminarların, ziyafətlərin, korporativ bayramların, həvəsləndirici turist gəzintilərinin təşkili
Kaspian Line Şirkəti Şərqi və Qərbi Avropa, MDB ölkələri və Rusiya, Asiya və Şimali Amerikanın turist agentlikləri ilə yaxın əməkdaşlıq edir.
İşin əsas meyarı etibarlılığın və keyfiyyətin təmin edilməsidir. Kaspian Line xüsusilə, turizm sahəsində öz müsbət imicinə görə dəyərləndirilir və onu öz əməkdaşları ilə paylaşmağa hazırdır.