Caspian Invest haqqında
Caspian Invest ltd., 2003-cü ildə yarandıqdan bəri özünün beynəlxalq tərəfadşları ilə tərəfdaşlıq edərək həm özəl, həm də dövlət sektorunda müştərilərinə məsləhətlər, mühəndislik və investisiya məsləhət xidmətləri təklif edir. Şirkət sənayenin müxtəlif sahələrində, o cümlədən maliyyə, energetika, nəqliyyat və s.-də fəal şəkildə çalışır.
Layihələrinin bir çoxu dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İttifaqı kimi böyük maliyyə institutları tərəfindən maliyyələşmişdir. Şirkət özünün təcrübəli və ixtisaslı ekspertləri ilə müxtəlif sektorlar (maliyyə və bankçılıq, energetika, insfrastruktur, ətraf mühit, sığorta, telekommunikasiya, səhiyyə, sosial və regional inkişaf ) üzrə kompleks məsləhətlər verir.