Cahan AVM xəritədə

Cahan AVM

Naxçıvan MR, Əziz Əliyev küçəsi, 10 AZ7000 *** 0 səs

Cahan AVM haqqında

“Cahan AVM” (Cahan Alış-Veriş Mərkəzi) MMC idarəetmə, satışın təşkili, mal təminatı, muhasibat sistemi – bu sahədə dünyada şəbəkə şəklində fəaliyyət göstərən böyük firmaların iş təcrübəsi öyrənilərək yaradılmışdır. “Cahan AVM” MMC-nin tərkibində fəaliyyət göstərən ümumi örtülü sahəsi 7200 m2 olan iki satış mağazası, 7800 m2 açıq ərazidə tikinti materiallarının topdan və pərakəndə satış sahəsi mövcuddur. “Cahan AVM”-də 12300 növdə inşaat materialları, elektrik malları, mebel və aksesuarlarının və digər malların satışı həyata keçirilir. Müəssisənin Bakı şəhərində, Türkiyə Respublikası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən nümayəndəliklərin mövcuddur. Burada fəaliyyət göstərən ofislər “Cahan AVM”-nin satınalma bölməsinin sifarişləri əsasında mal tədarükü ilə məşğul olurlar. Ofislərin yaradılmasındakı məqsəd AVM-in davamlı fəaliyyəti və ən son istehsal malları ilə təmin etməkdir. Həmçinin AVM-in satış, satınalma, muhasibat və s. bölmələrinin işçiləri də davamlı bu nümayəndəliklərdə olur, onların vasitəsilə bu sahədə dünya təcrübəsini öyrənirlər.