Buta Təmizlik Kombinatı haqqında
Azərbaycanda ekoloji vəziyyətin dövlət səviyyəsində qorunması istiqamətində geniş lahiyələr həyata keçirilir. Ölkə başçımızın təşəbbüsü ilə ölkəmizdə "Ekoloji" ilin elan edilməsi, ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı bu sahənin bilavasitə diqqət mərkəzində olduğunu göstərir
Təmizlik Kombinatı MMC Bakı şəhərində cəmiyyətimizə ekoloji cəhətdən sağlam gələcək təmini məqsədi ilə fəaliyyətə başlamışdır. Kombinatımız şəhərimizdəki tullantıların yığılıb daşınması və sairə işlərlə xidmət göstərir
İş prinsipimiz gündən-günə gözəlləşən şəhərimizin və əhalimizin ekoloji-gigiyenik qaydalara riayət olunaraq peşəkar təmizlik xidmətlərindən yararlanmaqlarını təmin etməkdir.
Müəssiməmiz ətraf mühitdəki tullantıları yığmaqdan başqa, əhalimizə yüksək səviyyədə bütün növ təmizlik xidmətləri təklif edir.
Bizim xidmət sahəmizdə çalışan bütün işçilər öz sahələrində yüksək peşəkarlıqla müştərilərimizə xidmət göstərirlər. Bunun üçün kombinatımızda işləyən işçilər, öz sahələrində tez-tez seminarlarda, kurslarda iştirak edirlər
Bizim təlim kurslarımızda, iştirak edən hər bir fərd mütəxəssislər tərəfindən müxtəlif iş yerləri ilə təmin olunurlar (Bağlar, otellər, villalar, mənzillər və sairə)
Rəhbərliyimizin xidmət sahəsindəki işçilərdən tələbi hər bir müştərimizə diqqətli yanaşmaları və gördükləri işi peşəkar səviyyədə keyfiyyətli formada tez zamanda təqdim etmələridi.
Bunun üçün də işçilər yüksək keyfiyyətli avadanlıq və kimyəvi zərərsiz maddələrlə təmin olunurlar.
"Təmizlik Kombinatı MMC" olaraq hədəfimiz görəcəyimiz işlərlə bu sahədə çalışan, xidmət göstərən şirkətlər arasında sağlam rəqabətlə ən ön sıralarda olmaqdır.
Təmizlik Kombinatı MMC məişət tullantılarının və digər tullantılarının daşınmasını həyata keçirir.
Kombinatımız təmizlik sahəsində müştərilərimizə müxtəlif xidmətləri təklif edir.
Məişət tullantılarının, istehsalat tullantılarının yığılıb qalması insan sağlamlığı üçün təhlükə mənbəyidir. Eyni zamanda ekoloji tarazlığın pozulması və ətraf mühitin çirklənməsi, antisanitariya və estetik zövqün pozulması deməkdir.
Odur ki, biz TK MMC olaraq fərdi və ya ümumi istifadə etmə yerlərinə qoyulmuş tullantı konteynerlərinə toplanmış məişət və istehsalat tullantılarının daşınmasını norma və standartlara uyğun, planlaşdırılmış qaydada operativ və keyfiyyətlə həyata keçiririk.
Məişət əşyalarının, avadanlıqlarının vaxtında təmizlənməməsi, yuyulmaması, sanitar-gigiyenik normaların pozulmasına səbəb olaraq insan orqanizminə mənfi təsir edir.
Biz bir Təmizlik Kombinatı olaraq mənzillərdə, yaşayış komplekslərində, otellərdə kompleks təmizlik işlərini və digər uyğun xidmətləri yüksək səviyyədə həyata keçiririk.
Şirkət və rəhbərlik olaraq qarşımıza qoyduğumuz missiyamız həm təbiətdə həm də ev şəraitində əhalimizə imkanlarımız dairəsində ekoloji gigiyenik şəraitdə yaşamaqlarında vasitəçi olmaqdır. Bizim yaşadığımız şəhəri gözəllik muzeyi adlandırmaq olar. Vətəndaş olaraq bu muzeyi qorumaq borcumuzdur.
Tullantıları vaxtında yığıb zərərsizləşdirməsək hava zəhərlənir bu da insan sağlamlığına zərər verə biləcək ən öndə amillərdən biridir. TK-MMC olaraq, cəmiyyətdə tullantıların standartlara uyğun şəkildə yığılıb ekoloji vəziyyətin yaxşılaşdırması yönündə fəaliyət göstəririk. Təmizlik kombinatı olaraq təbiəti ekoloji cəhətdən təmiz saxlamaq məqsədi ilə gördüyümüz işlərlə bərabər həm də ev şəraitində də əhaliyə xidmətlərimizdə mövcuddur. Çünki evdə də təmizlik sağlamlıq üçün önəm daşıyır.
Uşaqlarımızın təmiz döşəmədə, yataqda gigiyenik qaydalara əməl olunan şəraitdə böyümələri gələcəkləri üçün önəm daşıyır. Alergiyadan əziyyət çəkənlər üçün də evdəki təmiz hava vacibdir. Buna görə də bütün hallarda bu problemdən əziyyət çəkən insanlar tozlu yerlərdən uzaq olmalıdırlar.
Xidmət sahəmizdə çalışan işçilərimizin vəzifəsində evlərimizdə sifarişlə lazım olan təmiz gigiyenik şəraiti yaratmaqdır. Hər bir halda xalqımıza sağlam həyat tərzi keçirməkləri üçün yüksək səviyyədə xidmət göstərməyi qarşımıza məqsəd qoymuşuq.