“Buta” körpələr evi uşaq-bağçası 22 avqust 2011- ci ildən fəaliyyətə başlamışdır.Nəsimi rayonunda fəaliyyətə başlayan “Buta” körpələr evi-uşaq bağçası 23 sentyabr 2013-cü ildə Sabunçu rayon Bakıxanov qəsəbəsində ikinci korpusu açılmışdır.Hal-hazırda iki korpusla fəaliyyət göstərən “Buta” körpələr evi-uşaq bağçası tam şəkildə uşaqların xidmətindədir.Bundan başqa 15 sentyabr 2014-cü ildə “Buta” körpələr evi uşaq bağşasının nəznində “Buta” psixologiya və inkişaf mərkəzi fəaliyyətə başlamışdır.
“Buta” körpələr evi-uşaq bağçası özəl məktəbəqədər təhsil müəsisəsi olmaqla fasiləsiz milli təhsilin həyata keçirilməsində ilkin pillə olmaqla, cinsindər, irqindən, dilindən, dinindən,milliyətindən, sosial vəziyyətindən, mənşəyindən asılı olmayaraq Azərbaycan Respublikasında yaşayan bütün məktəbəqəqdər yaşlı uşaqların, onların valideynlərinin (qanun nümayəndələrinin) arzusuna uyğun olaraq tərbiyəsi və təhsilə hazırlanması ilə məşğul olur.“Buta” körpələr evi-uşaq bağçası öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası “Təhsil haqqında” Azərbaycan Respublikasının müvafik qanunvericilik akdlarına əsasən həyata keçirir.“Buta” körpələr evi-uşaq bağçasının fəaliyyəti məktəbəqədər təhsilin aşağıda göstərilən vəzifələrinin yerinə yetirilməsinə istiqamətləndirilir.
“Buta” körpələr evi-uşaq bağçası il boyu fasiləsiz olaraq fəaliyyət göstərir.Uşaqları savadlı intelektual, bacarıqlı, sağlam, şən və xoşbət gələcəyə yetişdirən “Buta” körpələr evi-uşaq bağçası aşağıdakı xidmətlərilə işləyir:
“Buta” körpələr evi-uşaq bağçasında tədris dili dövlət dili-Azərbaycan dilidir.Valideynlərin arzusu və istəyi ilə tədris dövlət standartları əsasında digər dillərdə də aparılır.Bağçada Azərbaycan, Rus və fərqli dillərdə qruplar var.Məktəbəqədər təhsilin məzmununu Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş dövlət təhsil standartları əsasında hazırlanmış proqram (kurikulum) uşaqların yaş və fərdi xususiyyətləri nəzərə alınmaqla həyata keçirilir.