Business Insight - International Research Group haqqında
1998-ci ildə "BUSINESS INSIGHT - International Research Group" yarandığı gündən yerli və xarici şirkətlərin reklam kompaniyaların təşkili sahəsində xidmətlər göstərir.
Business Insight International Research GROUP (Bundan sonra Business Insight) Azərbaycanda “PROCON GfK” adı altında xarici sərmayəli şirkət kimi 1998-ci ildə təsis edilmişdir. Business Insight daxili struktur dəyişikliklərinə gedərək 2004-cü il may ayından etibarən Azərbaycanda yerli özəl şirkət olaraq fəaliyyətinə davam etməkdədir.
Business Insight 1998-ci ildə fəaliyyətə başladığı dövrdən etibarən yerli və xarici şirkətləri, təşkilatları marketinq, sosial araşdırmalar və promo kampaniyalar sahəsində yüksək keyfiyyətli xidmətlərlə təmin etməkdədir.
Business Insight şirkətinin 1998-ci ildən etibarən müxtəlif sahələrdə fəaliyyət göstərməklə əldə etdiyi geniş biliklər və nou-xau, peşəkar heyət və müasir avadanlıqlar ona öz rəqibləri arasında fərqlənməyə imkan verir.
Hər bir layihənin həyata keçirilməsində Business Insight üçün keyfiyyət ən önəmli amildir. Business Insight bütün marketinq, sosial araşdırma layihələrini və promo kampaniyaları ICC/ESOMAR-ın Marketinq və Sosial Araşdırma Təcrübəsi üzrə Məcəlləsində öz əksini tapan ən yüksək peşəkar və etik standartlara və ISO 20252 beynəlxalq standartının tələblərinə müvafiq olaraq həyata keçirir.
Business Insight International Research GROUP şirkətinin əsas məqsədi bu günün yüksək rəqabətli bazar mühitində şirkətlərə, təşkilatlara onların marketinq, sosial araşdırma və promo kampaniyalar sahəsində üzləşdiyi problemlər üzrə yüksək keyfiyyətli, dəqiq, etibarlı, xərc-effektivli, ətraflı, və vaxtı-vaxtında həll istiqamətlərini göstərməkdir.
NƏ ÜÇÜN Business Insight International Research Group
- 10 illik beynəlxalq təcrübə
- Müxtəlif araşdırma sektorları üzrə geniş biliklər
- Yüksək qabiliyyətli personal
- Azərbaycan və dünya miqyasında layihələr keçirmək imkanı
- Bütün layihələrin sahə işinin peşəkar və nöqsansız təşkili
- Müasir metodlardan və avadanlıqlardan istifadə
- İş prosesində müasir texnologiyalar, təkmilləşmələr tətbiq edilməsində liderlik
- Yüksək etibarlı nəticələr
- Layihələrin bütün mərhələlərinin şirkət tərəfindən həyata keçirilməsi