Burberry 1856-cı ildə 21 yaşlı dərzi Thomas Burberry tərəfinən yaradılmışdır. Dəbdəbəli və innovativ görünüşdə olan trençkotlar, ticarət nişanı və Equestrian Knight Device adlı miras ikonlar bu brendi cinsindən və yaşından asılı olmaraq hər kəs üçün daha cəzbedici və qüsursuz edir. Burberry-nin hazırkı kreativ direktoru Christopher Bailey-dir. Burberry bu gün də mahiyyət etibarı ilə xarici geyim olmaqla, məşhur ikonik trençkotları ilə tipik ingilis firması kimi zirvədədir.