Broadway Gaming Lounge xəritədə

Broadway Gaming Lounge

Bakı, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 7 B AZ1000 *** 1 səs

Broadway Gaming Lounge haqqında

Dostlarınızla, yaxınlarınızla birlikdə xoş və əyləncəli vaxt keçirəcəyiniz yeni bir məkan. Hər bir qonağın istəyinin və rahatlığının nəzərə alındığı bu oyun mərkəzində siz istəyinizə uyğun olaraq ümumi zalda və ya özəl VİP otaqlarda əyləşməyi seçə bilərsiniz. Rahatlığınız üçün hər bir şeyi bir araya toplayan Broadway Gaming lounge sizlərə başda ən müasir oyun konsulu PlayStation 4 olmaqla, PlayStation 3, Xbox kimi digər oyun konsullarında ən yeni və əyləncəli oyunlar oynamaq, karaoke bacarığınızı yoxlamaq və ya mini cinema xidmətindən istifadə imkanı yaradır. Yüksək səviyyəli xidmətdən zövq aldığınız müddətcə masa arxasında dostlarınızla birlikdə istəyinizə uyğun sərinləşdirici içkilərdən sifariş edə və ya fast food yeməklərinin dadına baxa bilərsiniz. Şəhərin səs-küylü, sıx küçələrində avtomobilinizi harada park edəcəyiniz barədə isə düşünməyə belə ehtiyac yoxdur. Broadway Gaming Lounge-ın tam qarşısında avtomobil saxlamaq üçün rahat şərait mövcuddur.