British Educational Center xəritədə

British Educational Center

Bakı, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 AZ1065 *** 2 səs

British Educational Center haqqında

Bir çox tədris mərkəzləri bütün tələbələrə eyni sistemi tətbiq edir. Lakin hər kəs eyni deyil! Hər şəxsin dil öyrənməsi ilə əlaqədar məqsədləri, imkanları və ehtiyacları fərqlilik göstərir. British Educational Centre bu səbəblə bütün şəxslərə fərqli yanaşaraq, xüsusi tədris proqramı tətbiq edərək, tələbələrin öz təhsilini təkminləşdirməsini təmin edir.

Korporativ Müştərilər üçün

Sırf İngilis dilinin tədrisinə önəm verdiyimiz üçün xaricdə təlim keçmiş peşəkar müəllimlər tərəfindən dərslərin keçirilməsi
Əməkdaşlıq etdiyimiz Şirkətin mərkəzimizdə təhsil alan hər bir işçisi üçün onun dil üzrə inkişafı barədə aylıq yazılı məlumat
Hər bir işçinizə fərdi təlim proqramlarının işlənib hazırlanması, iş rejiminizə və iş saatlarınıza uyğun elastik dərs saatlarının seçimi
İş saatlarınızın məşğulluğunu nəzərə alaraq şirkətinizdən ayrılmadan ofisdə İngilis dili dərslərinin keçirilməsi

Yay Məktəbləri

Xarici ölkələrdə təşkil olunan yaz və yay məktəbləri 9-17 yaş arası şagirdlərin dil təhsilini fərqli ölkələrdə səmərəli şəkildə keçirməsini təmin edir.Yay və Qış məktəblərində dil örənməklə yanaşı mütəlif fəaliyyətlər, əyləncəli oyunlarda təşkil olunur. Bu aktivitilərə daxildir: futbol, voleybol, basketbol, tenis, üzgüçülük kimi idman shələri; teatr, karaoke, bouling, buz meydançası kimi də əyləncəli tədbirlər mövcuddur.
Bütün programlar ixtisaslaşmış müəllimlər və rəhbərlər tərəfindən aparılır.Yay və Qış dil programların nəinki uşaqlar üçün, eləcə də yetişkinlər və ailələr üçündə tərtib olunur.

Həftə sonları isə gedəcəyiniz şəhərin hüdudları daxilində bütün gün ərzində turlar keçirilir.Öyrənəcəyiniz dili öz vətənində öyrənəcəyiniz üçün və beləcə də bu dildə məcburi şəkildə danışmalı olmağınız sizə o dili daha tez bir zamanda qavrama və səlist danışma imkanı verəcəkdir. Və nəhayət kursların müddətindən asılı olmayaraq hər dil kursunun sonunda siz Sertifikatla təmin olunacaqsız.

Dil kurslarına daxil olan programlar bunlardır

  • Ümumi İngilis dili kursu
  • Biznes İngilis dili kursları
  • Ümumi İngilis dili kursları + kulnariya dərsləri
  • İş təcrübəsi və kariyera xidmətləri
  • İmtahana Hazırlıq kursları ( İELTS, TOEFL, GRE etc. )
  • İndividual kurslar
  • Akademik İngilis dili
  • Hüquq üzrə İngilis dili
  • Turizm üzrə İngilis dili